Ninkasi — Şumer mifologiyasında pivə ilahəsidir.
Atası Uruk kralı, anası isə İnanna məbədinin baş kahini, nəsil ilahəsi idi. Enkinin aldığı səkkiz yaradan birini sağaltmaq üçün yaradılan səkkiz uşaqdan biridir. Bundan əlavə, o, pivə tanrıçasıdır. O, "istəyi təmin etmək" və "ürəyi doyurmaq" üçün hazırlanmış ilahədir. İçkini gündəlik olaraq hazırlayırdı. O həm gündəlik həyatın, həm də dini ayinlərin ayrılmaz hissəsi olan pivənin simvoludur.
Mənşəsi Ninkasi qədim Şumer miflərinə görə müdriklik və su tanrısı Enki ilə Ninti adlı tanrıların qızıdır. Bu məlumat xüsusilə "Enki və dünya nizamı" (Enki and the World Order) adlı Şumer mifində yer alır. Həmin mətndə Enki səkkiz tanrıçanı yaradaraq onların müxtəlif sahələrə cavabdeh olmasına qərar verir. Bu tanrıçalardan biri də Ninkasidir və ona pivə istehsalı səlahiyyəti verilir.
"Ninkasi himni" Ninkasi haqqında ən məşhur mənbə "Ninkasi himni"(The hymn to Ninkasi) adlı Şumer şeiridir. Bu mətn e.ə. təxminən 1800-cü illərə – Qədim Babil dövrünə aiddir. O, həm dini bir ilahi, həm də dünyanın ilk yazılı pivə resepti hesab olunur. Himndə qeyd olunan bəzi mərhələlər: bappir (qovrulmuş arpa çörəyi) hazırlanır. Daha sonra bappir, su və malt birlikdə qıcqərdılır. Günəşdə mayalanma baş verir. Bu proseslər bitdikdən sonra pivə təmizlənərək saxlama qanlarına tökülür. Bütün proses Ninkasinin müqəddəs əlləri ilə həyata keçirilir.
Himni yalnız texniki resept deyil, həm də ilahəyə poetik bir ilahi kimi yazılıb. Aşağıdakı misralar nümunə olaraq verilir:
İbadət və kult Ninkasiyə aid xüsusi mənədlər və ibadət ocaqları ilə bağlı birbaşa arxeoloji dəlillər az olsa da, onun adı müxtəlif ritual mətnlərində çəkilir. Ən çox Laqaş, Uruk, Nippur kimi şəhərlərdə onun adı qeyd olunur. Ninkasi həm də bayramlarda, xüsusilə yeni il ayinləri və məhəllə festivalları zamanı çağırılırdı.
Mədəniyyətdə yeri Ninkasi mədəni, mifoloji aspektdə yalnız pivə ilə məhdudlaşmır – o həm də qadın əmək mədəniyyətinin, məişətdəki qadın nüfuzunun və qadınların dini rollarının təcəssümüdür. Mesopotamiya sənədlərində pivə istehsalçıları əsasən qadınlardır və bu Ninkasi ilə eyniləşdirildi.
Müasir dövrdə Ninkasi Bu gün Ninkasi qədim mədəniyyətlərin qida mədəniyyəti, dini praktikaları və sosial strukturları haqqında anlayış yaratmaq üçün mühüm fiqurdur. Bir çox müasir tədqiqatçılar onun adını qədim texnologiyanın izahı, erkən iqtisadi fəaliyyətlər və qadınların rolu ilə əlaqələndirirlər.
ABŞ və Avropada bəzi pivə zavodları və barlar, onun adını kommersiya məqsədləri üçün istifadə edirlər. Məsələn, "Ninkasi brewing company" ABŞ-də fəaliyyət göstərən məşhur brendlərdən biridir.
İstinadlar
Xarici Keçidlər Ninkasi'nin Himni Ninkasi'ye bir Himn : Tərcümə — Şumer ədəbiyyatının elektron mətn korpusundan
Kateqoriya:Mifologiya Kateqoriya:Mifologiyada tanrılar Kateqoriya:Şumer mifologiyası Kateqoriya:Mesopotamiya ilahələri Kateqoriya:Pivə mədəniyyəti