Tinka Kurti (; ) — alban əsilli aktrisa, Albaniya xalq artisti. İş təcrübəsi təxminən 60 ildir. 50-dən çox filmdə rol almış və 150-dən çox teatr əsərində rol oynamışdır.

Həyatı Tinka Kurti Bosniya və Herseqovinanın (o zamanki Yuqoslaviyanın bir hissəsi) Sarayevo şəhərində qarışıq ailədə anadan olub: atası alban, anası macar idi. Ailənin ilk övladı olmuşdur. Uşaqlıqda ailəsi Albaniyanın şimalındakı Şkodra şəhərinə köçmüşdür. Şkodrada ömrünün çoxunu keçirmiş və teatr karyerasına başlamışdır. 1947-ci ildə Tinka incəsənət məktəbindən qovulur və ali təhsil ala bilmir. Sonra teatr sənəti ilə məşğul olmağa qərar verir. 16 yaşında ikən, 1948-ci ildə "Dasma Shkodrane" pyesində kiçik bir rolu ilə debüt edir. Bundan sonra bir neçə il karyerasını uğurla davam etdirir.

Tinka özünü kinematoqrafiyada sınadı, amma bu onun teatrı atması anlamına gəlmədi. 1958-ci ildə "Tana" filmində baş rol oynamaq üçün seçildi. Baş rol aldığı sonrakı filmlər, adını Alban incəsənətində əbədiləşdirdi. İki kinoteatr (Tirana və Durresdə) və bir məktəb (Lekbibaj kəndində) onun adını daşıyır.

2003-cü ildə alban rejissoru Esat Teliti onun həyatı haqqında bir tərcümeyi-hallı sənədli film hazırlamışdır. Bu film sadəcə "Tinka" adlanır.

Bu gün Tinka Kurti tamaşaçılarını heyrətləndirməkdə davam edir. Bir dəfə o, bu sözləri demişdir: “Mən qocalıqdan, ölümdən qorxmuram. Ancaq "beynin qocalmasından" qorxuram və gələndə düşünürəm ki, mən iki dəfə öləcəyəm. Buna görə işləmək istəyirəm. Çəkildiyi filmlər «Bota» — 2014 «Ne Kerkim te Kujt« — 2012 «Gjalle!» — 2009 «Familjet» — 2009 «Ne dhe Lenini» — 2009 «Mira» — 2008/II «Etjet e Kosoves» — 2006 «Nata» — 1998 «Zemra e Nënës» — 1995 «Në emër të lirisë» — 1987 «Hije që mbeten pas» — 1985 «Besa e kuqe» — 1982 «Qortimet e vjeshtë» — 1982 «Si gjithë të tjerët» — 1981 «Mengjeze te reja» — 1980 «Nusja» — 1980 «Gjeneral gramafoni» — 1978 «Vajzat me kordele të kuqe» — 1978 «Emblema e dikurshme» — 1976 «Cifti i lumtur» — 1975 «Lumë drite» — 1975 «Operacion Zjarri» — 1973 «Yjet e netëve të gjata» — 1972 «Guximtarët» — 1970 «Tana» — 1958

İstinadlar

Kateqoriya:Albaniya xalq artistləri Kateqoriya:Albaniya şəxsləri Kateqoriya:Film aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Şkoder şəxsləri Kateqoriya:Teatr aktyorları