Gözəlbağça () — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şərqində Narlıdərə və Qarabağlar, qərbində və cənub-qərbində Urla, cənubunda Səfərihisar ilçələri, şimalında isə İzmir körfəzi yerləşir. Gözəlbağça 29 dekabr 1993-cü ildə Narlıbağçadan ayrılaraq müstəqil ilçəyə çevrilmişdir. On iki məhəllədən ibarət olan ilçənin sahəsi 77 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 33,725 nəfərdir. Balıqçılıq və kənd təsərrüfatı ilçə iqtisadiyyatının əsasını təşkil edir.
Əhalisi İl Əhali 2007 19,255 2008 22,138 2009 24,296 2010 24,462 2011 25,335 2012 28,469 2013 27,389 2014 28,470 2015 29,774 2016 29,835 2017 31,429 2018 32,592 2019 33,725
Bələdiyyə başçıları İl Bələdiyyə başçısı Partiya Səslərin payı (%) 2019 Özdem Mustafa İnce Cümhuriyyət Xalq Partiyası 70.14 2014 Özdem Mustafa İnce Cümhuriyyət Xalq Partiyası 51.87 2009 Özdem Mustafa İnce Cümhuriyyət Xalq Partiyası 55.43 2004 Ertan Avkıran Cümhuriyyət Xalq Partiyası 52.00 1999 Ertan Avkıran Cümhuriyyət Xalq Partiyası 29.05 1994 Hülya Yarbuz Ana Vətən Partiyası 29.90
İstinadlar
Həmçinin bax
Kateqoriya:İzmir ilinin ilçələri Kateqoriya:Türkiyənin sahilyanı yaşayış məntəqələri