Kiçik Litva (; ; ; ) və ya Prussiya Litvası (; , ) — Litvanın etnoqrafik bölgəsi və Prussiyanın (sonra isə Almaniyanın Şərqi Prussiya vilayətinin) tarixi bölgəsi.
Adı Kleinlittaw ifadəsinin ən erkən istifadəsi XVI əsrdə Prussiyalı Simon Qrunaunun xronikalarında olub.
Litva əyaləti (Provinz Litthauen), Litva rayonları (Littauischen Ämtern), Litva dairəsi (Littauische Kreis) və ya sadəcə Prussiya Litvası (Preuszisch Litauen) və ya Litva (Litauen) ifadələri 1618-ci ildən bəri Prussiya hüquqi sənədlərində Litvalıların yaşadığı Narduviya və Skaloviya inzibati vahidləri üçün işlənilirdi. 1738-ci ildən bəri Prussiya xəritələrində Klein Litau, Klein Litauen, Preussisch Litthauen, Little Lithuania, Litvania ifadələri işlənilirdi. 1815–1818 illərin inzibati islahatdan sonra Prussiya Litvası və s. ifadələrin işlətməsi xeyli dərəcədə azalıb.
Litva Kiçik Litvanın bir hissəsini zəbt edəndən sonra o hissəyə bir müddət Klaypeda bölgəsi deyilirdi. Amma XX əsrdə və özəlliklə XX əsrin ikinci yarısından bəri onun üçün daha çox Kiçik Litva ifadəsini iştətməyə yenidən başlayıblar.
Əhali thumb|left|Litvanın ilk qəzeti olan Auşra öncə Rangit (müasir Neman), sonra isə Tilzit şəhərində (müasir Sovetsk) çap olunurdu Kiçik Litva Litvanın yeganə bölgəsi idi ki, orda əhalin çoxluğu lüteran olmuşdu. Prussiya Litvalıları özünə Lietuvninkai deyirdilər.
XVI—XVIII əsrlərdə Kiçik Litva ədəbi Litva dilinin inkişaf məkanlarından biri idi. Ordakı inkişaf etmiş variant Jemaytiya dilinin (bəzi mənbələrdə ləhcəsinin) Pruss dilinin təsirləri ilə qarışığı idi.Зинкявичюс, З. Откуда родом литовцы... С. 134. Lüteran pastoru Martinas Majvidasın Jemaytiya ləhcəsində (dilində) yazdığı və 1547-ci ildə Köniqsberqdə çap olunmuş Katechizmusa prasty szadei… () kitabı Litva dilində çap olunmuş ilk kitabı sayılır. Bundan başqa Danielius Kleynasın yazdığı və həmçinin burda 1653-cü ildə çap olunmuş Grammatica Litvanica Litva dilinin ilk qrammatika kitabıdır.Литва Малая // Большая Российская энциклопедия: в 30 т. — Москва, 2010. — Т. 17. — С. 628.
İstinadlar
Kateqoriya:Kiçik Litva Kateqoriya:Tarixi vilayətlər