TOGG — 25 iyun 2018-ci ildə fəaliyyətə başlamış Türkiyə mərkəzli avtomobil istehsalçısı. Anadolu qrup, Turkcell, TOBB, BMC, Zorlu Holding kimi məşhur birliklər, şirkətin əsas sahibkarlarıdır.

Tarixçə Türkiyədə yerli avtomobil istehsal etmək üçün birlikdə iş qərarı alan şirkət və təşkilatlar 2017-ci il noyabr ayında prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlandı. Bu məqsədlə Anadolu Qrupu (19%), BMC (19%), Kök Qrupu (19%), Turkcell (% 19), Zorlu Holding (% 19) və Türkiyə Ticarət Palata və Birjaları Birliyi (5%) tərəfindən 25 iyun 2018-ci ildə Türkiyə Avtomobil Girişim Sənaye Qrupu ve Ticarət ASM () quruldu. Kök qrupunun 2019-cu ilin sentyabr ayında layihədən çəkiləcəyi iddia edilmişdir. 2019-cu ilin oktyabr ayında şirkətin qərargahı Şişli İstanbuldan Kocaeli ilinin Qəbzə şəhərinə köçürüldü. Şirkətin baş direktoru Gürcan Qaraqaş, dizaynı 2019-cu ildə tamamlanacaq avtomobilin 2022-ci ildə satışa çıxarılacağını açıqladı. TOGG Yerli Avtomobilin SUV və sedan modelləri 27 dekabr 2019-cu ildə təşkil edilən mətbuat konfransında təqdim edilmişdir.

TOGG-nin Bursanın Gəmlik şəhərində elektrikli avtomobili olan maşın istehsal edəcəyi, dəyəri 22 milyard dollar olan bir fabrik quracağı açıqlandı. Zavod üçün layihə əsaslı dövlət yardımının veriləcəyi açıqlandı.

İlk alıcılarından Toggun ilk alıcılarından Azərbaycan Prezidenti İlham Əliyev olmuşdur. Bununla əlaqədar Rəcəb Tayyib Ərdoğana rəsmi tviter hesabında edilən paylaşımda demişdir:

Modellər 2019-cu ilin dekabr ayında təqdim olunan TOGG Türk milli avtomobilinin iki modeli, hər ikisi 300 km və ya 500 km aralığında olan elektrikli avtomobillərdir. Hər iki avtomobildə 8 illik batareya zəmanəti və 2-ci səviyyəli avtonom idarəetmə köməkçisi olacaqdır.

Ad Tip Elan Çıxış tarixi Mühərrik TOGG (SUV) C-seqment SUV 27 dekabr 2019 2022 Elektrikli TOGG (Sedan) C-seqment Sedan 2024 TBA C-seqment hetçbek Elan olunmamışdır 2030 ilinədək TBA B-seqment SUV TBA C-seqment MPV İstinadlar

Həmçinin bax TOGG rəsmi veb-sayt

Kateqoriya:Türkiyə şirkətləri Kateqoriya:2018-ci ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyə brendləri Kateqoriya:Türkiyə avtomobilləri Kateqoriya:Avtomobil markaları