Xavyer Peres de Kuelyar (; ) — Peru diplomatı, 1 yanvar 1982-ci ildən 31 dekabr 1991-ci ilədək BMT-nin 5-ci baş katibi.
Həyatı Xavyer Peres de Kuelyar 1920-ci il yanvarın 19-da Limada anadan olub. 1940-cı ildən Perunun Xarici İşlər Nazirliyində işləyib. 1944-cü ildə diplomatik karyerasına başlayıb. 1964–1979-cu illərdə ölkəsinin İsveçrə, SSRİ, Polşa və Venesueladakı səfiri vəzifələrini tutub. 1971–1982-ci illərdə BMT-dəki Peru nümayəndə heyətinin başçısı olub. 1982-1991-ci illərdə iki müddət BMT-nin baş katibi vəzifəsində çalışıb.
1995-ci ildə o, Peru prezidenti seçkilərinə qatılıb və 22 faiz səs toplayaraq uduzub. 2000–2001-ci illərdə ölkəsinin hökumətinə və XİN-ə rəhbərlik edib.
Xavyer Peres de Kuelyar 4 mart 2020-ci ildə 100 yaşında vəfat edib.
İstinadlar
Kateqoriya:BMT baş katibləri Kateqoriya:Peru siyasətçiləri Kateqoriya:Peru uzunömürlüləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:BMT rəsmiləri Kateqoriya:Avtobioqrafiyalar Kateqoriya:Digər ölkələrin Fransadakı səfirləri Kateqoriya:Digər ölkələrin İsveçrədəki səfirləri Kateqoriya:Digər ölkələrin Polşadakı səfirləri Kateqoriya:Digər ölkələrin Rusiyadakı səfirləri Kateqoriya:Digər ölkələrin Venesueladakı səfirləri Kateqoriya:İspan dilində ədəbiyyat Kateqoriya:Kedra milli ordeni Kateqoriya:Ölkələrinə görə xarici işlər nazirləri Kateqoriya:Peru ədəbiyyatı Kateqoriya:Romanlar Kateqoriya:Səfirlər Kateqoriya:Roma-Katolik şəxsləri