"İşıq" (qəzet) — türk və ərəb dillərində dərc edilən qəzet.
Haqqında 2005-ci il iyulun 15-i Kərkükdə şair Hac Sami Yusif Tütünçü tərəfindən qurulmuş “İşıq” Ədəbiyyatçılar qrupunun mətbu orqanıdır. İraq türkman ədəbiyyatçılarının səsi olan “İşıq” qısa müddətdə Türkiyə və türk dünyasına yayıldı. Türk və ərəb dilində dərc edilən “İşıq”ın tanınmış yazarları Ata Tərzibaşı, Əli Marufoğlu, Şəmsəddin Tahir Xançı, Nəcdət Dəmirçi, Türkiyədən İsa Kayacan, Şəmsəddin Kuzəçi, Azərbaycandan Tamilla Əliyeva və Eluca Atalı onunla əməkdaşlıq edirlər. Aylıq olaraq dərc edilən “İşıq”ın baş redaktoru şair, yazar Seyfəddin Biravcı bəzi qruplar tərəfindən silahlı hücuma məruz qaldı. “İşıq”ın indiki baş redaktoru Mehmet Ömər Həmzəlidir.
İstinadlar