Rutger Ulsen Hauer () — hollandiyalı aktyor, yazıçı və ekoloq. Həm holland, həm də ingilisdilli seriallarda və filmlərdə rol alıb.
Onun karyerası Hollandiya televiziyasında yayımlanan "Floris" serialındakı rolu ilə 1969-cu ildə başladı və 1973-cü ildə kütləvi uğur əldə edən "Türk şirniyyatı" filmi ilə daha da gücləndi. 1977-ci ildə o, "Narıncı əsgər" filmi ilə dünya miqyaslı ulduza çevrildi və Amerika filmlərində çəkilməyə başladı. "Gecə qırğıları" filmində beynəlxalq terrorçu, Blade Runner filmində öz mövcudluğunu dərk edən android Roy Battini canlandırır. Bu filmlərdə nümayiş etdirdiyi aktyor bacarığı onun "Ostermanın uikendi", "Ledi-şahin", "Bədən və qan", "Yol yoldaşı", "Sobibordan qaçış" (bu rola görə Ən yaxşı ikinci plan aktyoru nominasıyasında Qızıl Qlobus mükafatı), "Kor qəzəb", "Qəhrəmanların qanı" və "İzdivac" filmlərində aparıcı rollar almasına səbəb oldu. 1990-cı illərdə o "Baffi – vampirlərin qatili", "Təhlükəli adamın etirafları", Sin City, Batman başlayır, "Ayin" kimi filmlərdə məşhur köməkçi rollar, habelə "Tüfəngli evsiz" filmində baş rol oynadı.
Hauer ekoloq idi. O, həmçinin Rutger Hauer Dəniz Ulduzları Dərnəyi adlı QİÇS haqda məlumatlılıq təşkilatı qurmuşdu. Rutger Hauer Starfish Association . Accessed 2008-05-30.
Hauer 23 yanvar 1944-cü ildə, Hollandiya İkinci Dünya Müharibəsi dövründə alman işğalı altında olarkən Bryokelendə Rutger Hauer: Bescheiden wereldster – Privé | Het laatste Privé nieuws leest u op Prive.nl van De Telegraaf [prive] . Telegraaf.nl (30 November 2009). Retrieved on 2012-12-28. anadan olmuşdur. De Boerderij van Rutger Hauer te Beetsterzwaag , 50plusser.nl; accessed 17 January 2018. 1981-ci ildə verdiyi bir reportajda "Mən müharibənin ortasında anadan olmuşam və bu səbəbdən pasifizmdə dərin köklərim olduğunu düşünürəm. Zorakılıq məni qorxudur." Valideynləri Tyonke və Arend Hauer Amsterdam yaxınlığında bir aktyor məktəbi işlədən aktyor idilər. Üç bacısı vardı, biri böyük və iki kiçik.
Təltifləri Hauer, 2013-cü ildə Hollandiya Aslanı ordeni ilə təltif edilərək cəngavər adı aldı.
Şəxsi həyatı Hauer, 1985-ci ildə ikinci həyat yoldaşı, 1968-ci ildən bəri birlikdə olduğu İneke ten Keyt ilə evləndi. Birinci həyat yoldaşı Haydi Mersdən Ayşa Hauer adlı bir övladı var. Aktrisa olan 1966-cı il təvəllüdlü Ayşa 1987-ci ildə ana oldu və Rutger də 43 yaşında baba oldu.
2007-ci ilin aprel ayında o, Patrik Kvinlanla birlikdə yazdığı "Bütün o anlar: Qəhrəmanlar, cinayətkarlar, replikantlar və ülgücün üzəri ilə qaçanların hekayələri" adlı avtobioqrafiyasında o özünün bir çox film rollarını müzakirə edib.Rutger Hauer and Patrick Quinlan. All those moments: stories of heroes, villains, replicants, and Blade Runners, New York, NY: HarperEntertainment, 2007. . Kitabdan əldə edilən gəlir Rutger Hauer Dəniz Ulduzları Dərnəyinə yönəldilib.
Ölümü Hauer, 19 iyul 2019-cu ildə, Hollandiyanın Beetsterzvaaq kəndindəki evində, təyin olunmamış xəstəlikdən sonra vəfat edib.
Diskoqrafiya
Aryen Entoni Lukassen tərəfindən Lost in the New Real (2012) - ifaçı (sözlər: Voyt Kampf)
İstinadlar
Xarici keçidlər
Virtual Tarixdə Rutger Hauer
Kateqoriya:Bryokelendə doğulanlar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Hollandəsilli amerikalılar