Aleksandr İvanov (tam adı: Aleksandr Alekseyeviç İvanov; ) — Heydər Əliyevin şəxsi mühafizəsinin keçmiş rəhbəri və "İnterfaks-Azərbaycan" agentliyinin baş direktoru. Azərbaycan cəmiyyətində daha çox "Saşa" adı ilə tanınıb.

Həyatı Aleksandr Alekseyeviç İvanov 1950-ci ilin 12 iyul tarixində Bakıda anadan olub. Uzun müddət SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib.

1978-ci ildən 1982-ci ilə qədər Azərbaycan SSR KQB-nin 5-ci diviziyası nəzdində 9-cu bölmənin baş təhlükəsizlik işçisi və Heydər Əliyevin cangüdəni olub.

1987-ci ilin oktyabrından Heydər Əliyevin Siyasi Bürodakı vəzifəsindən uzaqlaşdırılmasına qədər onunla olub.

A. İvanov 2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru təyin edilib.

O, dekabrın 21-də beyninə qan sızması nəticəsində vəfat edib. İvanovla vida mərasimində Azərbaycanın ictimai və siyasi xadimləri, jurnalistlər, güc strukturlarının işçiləri iştirak edib. Milli Qvardiyanın əsgərləri Azərbaycan Prezidenti İlham Əliyevin adından əklil qoyublar. Aleksandr İvanov Yasamal qəbiristanlığında dəfn edilib. Onun məzarı üzərinə dövlət strukturları, dostları və qohumları tərəfindən güllər və əklillər düzülüb.

Şəxsi həyatı Üzgüçülük ilə məşğul olub.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Heydər Əliyev Kateqoriya:Cangüdənlər