Çələbyurd məhəlləsi — Gəncəbasarın qədim türk kəndlərindən olub XVII əsrin əvvəllərində Gəncənin yerdəyişməsindən sonra şəhərə qarışmış məhəllə.
Haqqında Toponim iki hissədən ibarətdir "çələbi" və "yurd". "Çələbi" qədim türk dilindən ağa, "yurd" isə yaşayış yeri deməkdir. 1606-cı ildə Şah Abbas Gəncəni aldıqdan sonra Çələbyurdluların sağ qalanları Kürəkbasana köçmüş və orda Çələbyurd kəndini salmışdılar. XVIII əsrin ortalarından Gəncəyə köçürülən ermənilər bu bölgələrdə yerləşdirilmişı və adları təhrif etmişlər. Zaman keçdikcə Çələbyurd kəndi "Çelaberti" məhəllə isə "Çelambirt" adlanmağa başlamışdır. Məhəllə ermənilərlə məskunlaşdıqdan sonra getdikcə yoxa çıxmış və Kilsəkənd məhəlləsinə qarışmışdır.
İstinadlar
Mənbə
Həmçinin bax Çaylı məhəlləsi Dördyol məhəlləsi Ozan məhəlləsi
Xarici keçidlər Gəncə adlı salnamə — Çələbyurd məhəlləsi / Kəpəz TV
Kateqoriya:Gəncə məhəllələri