thumb|right|400px|Ekspedisiyanın üzvü Nils Strindberq tərəfindən çəkilmiş şəkil. Uğursuz ekspedisiyadan çəkilmiş bu və başqa fotolar 1930-cu ildə aşkar edilib. Andrenin Arktik şar ekspedisiyası — 1897-ci ildə Şimal qütbünə çatmaq üçün təşkil ediln və hər üç tədqiqatçının ölümü ilə nəticələnən ekspedisiya. İsveçin ilk hava şarı idarəçisi S. A. Andre, Svalbarddan birbaşa şimal qütbünün üzərindən keçərək Rusiya və ya Kanadaya hidrogen hava şarı ilə yola çıxmağı təklif etdi. Təklif Şimal qütbü uğrunda yarışda geridə qalmış İsveç xalqı tərəfindən vətənpərvər coşğunluqla qarşılandı.
Andre hava şarı ilə ekspedisiya planı ilə əlaqəli təhlükələrin bir çox erkən əlamətlərinə məhəl qoymadı. Təhlükəsiz səyahət üçün hava şarını müəyyən dərəcədə idarə edə bilmək zəruri idi. Andrenin icad etdiyi kəndir sükan texnikasının effektsiz olduğu ilə əlaqəli bir çox dəlil var idi. Ekspedisiyanın taleyi bu kəndirlərdən asılı idi. Ən pisi isə Örnen (Qartal) adlı bu qütb şarı heç sınanmadan Parisdəki istehsalçısından birbaşa Svalbarda gətirildi. Ölçmələr hava şarının gözləniləndən daha çox sızdığını göstərsə də, Andre bu həyəcanlı şərhləri görməməzlikdən gəlir. Ekspedsiyanın müasir tələbələrinin əksəriyyəti Andrenin nikbinliyini, texnologiyanın gücünə inamını və təbiət qanunlarına etinasızlıqla yanaşmasının özünün və iki yoldaşı Nils Strindberg və Knut Frenkelinin ölümünə səbəb olan əsas hadisələr kimi görürlər.
1897-ci ilin iyul ayında Andre, Strindberq və Frenkelin Svalbarddan ayrıldıqdan sonra hava şarı sürətlə hidrogen itirir və 2 gün sonra dəniz buzuna dəyərək qəzaya uğrayır. Hər üç tədqiqatçı heç bir zədə almır və səfərin çətin olacağını anlayır. Onlar bu səfər üçün lazımi qədər yaxşı hazırlaşmamış, geyimləri və təchizatlanmaları yetərsiz olmuşdur. Oktyabr ayında qrup Svalbarddakı tərk edilmiş Ağ adada (Şpitsbergen) əldən düşürlər və buradaca ölürlər. 33 il Andre ekspedisiyasının taleyi həll olunmamış, müəmmalı məsələlərdən biri olaraq qalmışdır. Daha sonra isə ekspedisiyanın son düşərgəsinin 1930-cu ildə təsadüfən tapılması İsveç mediasında sensasiya yaratdı.
Andrenin əsas motivləri qütb bölgələrinin kəşfinin kişilik və vətənpərvərliyi sübut etmək üçün zəmin olaraq görməsi idi. Ən erkən nümunələrdən biri Per Olof Sundmanın hekayələşdirilmiş və 1967-ci ildə ən çox satan roman olan Qartal Uçuşu kitabında Andreni onun sponsorları və media qarşısında zəif və gülünc kimi göstərməsidir. Müasir yazarların Andrenin iki gənc yoldaşının həyatını faktiki olaraq itirilməsində günahkar olması ilə əlaqədar çıxardığı hökm, onun İsveç millətçi şücaətinin qurbanı olaraq görülməsindən asılı olaraq 20-ci əsrin əvvəllərində dəyişdi.See Kjellström, p. 45, Lundström, p. 131, Martinsson.
Hadisənin təfərrüatları
Andrenin planı 450px|thumb|right|Salomon Avqust Andre
19-cu əsrin ikinci yarısı "Arktikanın kəşfində qəhrəmanlıq dövrü" adlandırılırdı.Safe Return Doubtful: The Heroic Age of Polar Exploration Yaşamaq üçün çətin və təhlükəli olan Arktika və Antarktika bölgələri öz ekologiyaları və mədəniyyətləri ilə yox texnoloji bacarıq və cəsarətlə fəth ediləcək çətin torpaqlar kimi dövrün insanlarını cəzb edirdi. Salomon Avqust Andre də bu coşğunu paylaşdı və hidrogenli hava şarını küləyin köməyi ilə Svalbarddan Şimal Buzlu okeana, Berinq boğazına qədər hərəkət etdirməyi, Alyaska, Kanada və ya Rusiyaya getməyi və yolda Şimal qütbünün yaxınlığından, hətta tam üstündən geçməyi təklif etdi. Hava şarı ilə uçma ehtirası olan Andre Stokholmdakı patent idarəsində mühəndis idi. thumb|left|Andrenin hidrogen hava şarı, Svea
1893-cü ildə öz hava şarı olan "Svea"nı aldı və Göteborqdan və ya Stokholmdan başlayaraq 1500 km (930 mil) məsafəni qət edərək doqquz səyahət etdi. Hakim qərb küləkləri zamanı Svea şarının onu nəzarətsiz şəkildə Baltik dənizindən çıxartmaq, təhlükəli şəkildə suyun səthi üzərində uçuş eləməyə məcbur etmək və Stokholm arxipelaqındakı qayalıq adacıqlara çırpmaq kimi tendensiyası var idi.
O, bir dəfə Baltik dənizindən Finlyandiyaya qədər səyahət etdi. Ən uzun səyahəti Göteborqun qərbindən, İsveçin eni boyunca və Baltik dənizinin üstündən keçərək Qotlanda qədər davam etmişdir. Bir mayak gördü və Eland sahillərinə vurulan dalğa səslərini eşitsə də, qurudan keçib gölləri gördüyünə inandı.Lundström, pp. 12–16.
Bir neçə Svea uçuşu zamanı Andre inkişaf etdirdiyi və Şimal qütbü ekspedisiyası zamanı istifadə etmək istədiyi kəndir ilə sükanı idarəetmə texnikasını sınaqdan keçirdi. Balon səbətindən asılan və uzunluğunun bir hissəsi yerə dəyən kəndirlər, yüngül hava gəmilərinin küləklə eyni sürətlə hərəkət etməsinə, yelkənləri sükan arxasında idarə etməni daha rahat etmək üçün hazırlanmışdır. İplərin sürtünməsi şarın yelkənlərin təsir göstərəcəyi nöqtəyə qədər yavaşlatılması üçün nəzərdə tutulmuşdu. Bundan başqa iplər hava şarının öz oxu ətrafında fırlanmasına xidmət göstərirdi. Andre bu texnika ilə hava şarını küləyin istiqamətindən on dərəcə uzaqlaşmağı bacardığını bildirdi və ya belə olmasa da böyük ehtimal belə olduğunu güman edirdi.
Bu fikir müasir hava şarı mühəndisləri tərəfindən rədd edilir; "İsveç Şar Assosiasiyası" Andrenin küləkdən yayına biləcəyi inancının səhv olduğunu,"Andrées färder" . Svenska Ballong Federationen. dəyişkən küləklər və gözlə görməyin çətin olduğu mühitdə təcrübəsiz və həvəsli olduğuna görə aldandığını iddia edir. Sürüşmə, düşmə və ya yerə dəyməməyə meylli olmaqla yanaşı, təsirsiz olduğuna görə heç bir müasir mütəxəssis tərəfindən bu sükan texnikası faydalı hesab edilmir.
Tanıdılması və vəsait toplanması thumb|right|Beynəlxalq maraq: Fransız sənətkarın proqnozlaşdırılan ekspedisiya haqqında təəssüratı
İsveç xalqının Arktika ambisiyaları 19-cu əsrin sonlarında hələ də gerçəkləşməmişdi, qonşu və siyasi tabe olan Norveç isə Frityof Nansen kimi pionerlər vasitəsilə Arktikanı kəşf edərək dünya liderinə çevrilmişdi.Lundström, pp. 19–44. İsveçin siyasi və elmi elitası İsveçin Skandinaviya ölkələri arasında liderliyi ələ almasını görməyə can atdı və inandırıcı natiq olan Andrenin fikirləri xalq tərəfindən dəstəkləndi və ekspedisiya üçün asanlıqla maliyyə dəstəyi tapdı. 1895-ci ildə İsveç Kral Elmlər Akademiyasında baş tutan mühazirədə Andre coğrafiyaşünas və meteoroloq dinləyiciləri heyrətləndirdi;bir qütb kəşfiyyatı şarının dörd şərti yerinə yetirməli olduğunu izah etdi:
Üç nəfəri və onların bütün elmi avadanlıqlarını, aerofotoşəkil üçün yüksək səviyyəli kameraları, dörd ay müddətində hazırlanan təminatları və ümumilikdə 3000 kiloqram (6600 funt) balastı daşımaq üçün kifayət qədər qaldırıcı gücü olmalıdır. 30 gün ərzində havada qalacaq qədər qazı olmalıdır. Hidrogen qazı Arktikanın başlanğıcında hazırlanmalı və balon doldurulmalıdır. Ən azı bir qədər idarə edilə bilən olmalıdır.
thumb|left|Merçandayzinq. 1896.
Andre bu tələblərin asanlıqla yerinə yetirilə biləcəyinə aid nikbin bir hesabat verdi. Fransada daha böyük və hava keçirməyən şarlar istehsal olunduğunu iddia etdi. Bəzi fransız şarları heç hava keçirmədən 1 ildən çox hidrogenlə dolu qalmışdı. Hidrogen isə hava şarını işə salma yerində mobil hidrogen istehsal bölmələrinin köməyi ilə asanlıqla doldurula bilərdi;sükan üçün Svea ilə apardığı eksperimentlərə istinad edərək, küləyin istiqamətindən 27 dərəcə qədər yayınmanın müntəzəm olaraq əldə edilə biləcəyini qeyd etdi.
Andre dinləyiciləri Arktikada yay havasının hava şarı ilə uçmaq üçün əlverişli olduğuna inandırdı. Qütb gündüzü müşahidələrə imkan verir, tələb olunan səyahət vaxtını iki dəfə azaldırdı. Nə də gecənin soyuqluğu şarın havada qalmasına mənfi təsir göstərməzdi. Kəndirli sükan texnikası xüsusilə "sürtünmə dərəcəsi az və bitki örtüyü olmayan" buzdan ibarət olan bölgələr üçün yaxşı uyğunlaşdırılmışdır. Andre ərazidəki minimal yağış balonun ağırlığını artıraraq yerə düşməsi üçün heç bir təhlükə yaratmadığını bildirdi. Bir az yağış və ya qar yağacağı halda isə Andre sıfırdan yuxarı temperaturda yağışların əriyəcəyini və sıfırdan aşağı temperaturda yağışların hava şarı istiqamətində əsməyəcəyini, çünki şar küləkdən daha yavaş gedəcəyini iddia etdi.
Dinləyicilər bu dəlillərlə razılaşdılar. Amma, onlar Arktikanın yay fırtınalarından, dumanlardan, yüksək rütubətdən və buzların əmələ gəlməsi təhlükəsindən xəbərdar deyildilər. Akademiya Andrenin hesabladığı 130,800 isveç kronluq xərci, bugünkü pulla 1 milyona yaxın ABŞ dollarını, ödəməyi qəbul etdi. Hava şarı üçün isə təxminən 36,000 kron xərcləndi. Akademiya bu xərcləri ödəməyi qəbul etdikdən sonra, Kral II Oskar və dinamit maqnatı Alfred Nobel şəxsən 30.000 krona verərək öz dəstəklərini göstərdilər.
Layihəyə həm də çox böyük beynəlxalq maraq var idi. Xüsusilə, Avropada və Amerikada qəzet oxuyan kütlə, müasir müəllif Jül Vernin kitabları kimi müasir və elmi görünən bu layihəyə maraq göstərirdi. Mətbuat tədqiqatçıların ölümündən tutmuşSee for instance the Albany Express , Albany, NY, 16 yanvar 1896. hava şarının Paris mütəxəssisləri və İsveç alimləri tərəfindən planlaşdırdığı kimi, Şimal qütbünə təhlükəsiz və rahat uçacağına qədər geniş proqnozlarla insanlarda maraq oyatdı. Bu barədə Providence jurnalı yazdı: "İndiki dövrdə hava gəmilərinin və ya nəqliyyat vasitələrinin strukturu keçmişə nəzərən çox inkişaf edib və parisli ekspertlər və Andreyə dəstək verən isveçli alimlər davamlı uçuş məsələsini diqqətli rəhbərliyi və onu təmin edən elementlərin özləri tərəfindən şarın hava qütbünə daxil olmasını təmin etməsi və şarın xüsusiyyətləri ilə həll edəcəklər."
thumb|right|Andrenin hava şarı Henri Laçambrenin Parisdəki emalatxanasında hazırlandı.
Mütəxəssislərə və elmə inam polpulyar mətbuatda çox yayılmışdı, lakin beynəlxalq diqqət ilə ilk dəfə daha detallı tənqid də gəldi. Andre İsveçin ilk hava şarı mütəxəssisi olduğu üçün xalq arasında heç kim onun ağırlıq qüvvəsi haqqında olan biliyini və ya ipləri necə hərəkət elətdirməsi ilə bağlı tənqid edə biləcək məlumata sahib deyil idi; ancaq, həm Fransa, həm Almanyada uzun illərdir hava şarı sürən mütəxəssislər var idi və bu təcrübəli şəxslər Andrenin texnikasına olan şübhələrini dilə gətirdilər.Lundström, səhifə 28–29, (xüsusilə Almaniyadakı Gross və Fransadakı Renard qardaşları haqqında yazılıb).
Ancaq, Svea-nın tərsliklərində olduğu kimi, bütün etirazlar Andrenin optimizmini azalda bilmədi.
Milli və beynəlxalq KİV-lərin maraqla izlədiyi Andre dünyada hava şarlarının paytaxtı hesab olunan Parisdə tanınmış aeronavt və hava şarı istehsalçısı Henri Laçambr ilə danışıqlara başladı və Henrinin emalatxanasından 20.5 metr (67 fut) diametrli laklanmış, üç qatlı ipək balonu sifariş etdi. Əvvəllər Le Pole Nord adlanan şarın adı Örnen (Qartal) olaraq dəyişdirildi. Çox asanlıqla alovlanan hidrogenə görə səbətin özündə nəsə bişirmək olmazdı. Andrenin bir dostu tərəfindən hazırlanmış, heyətdən səkkiz metr (26 fut) aşağıya yellənə bilən və səbətdən etibarlı məsafədə yandırıla bilən modifikasiya edilmiş primus sobası bu problemi həll etdi. Xüsusi hazırlanmış sobaya müəyyən bucaq altında yapışdırılmış güzgü ekspedisiyyaçıların sobanın yanıb-yanmadığını müvəffəqiyyətlə müəyyənləşdirməsinə imkan verdi.Med Örnen mot polen, p. 58
Birinci ekspedisiya thumb|upright=1.1|1897-ci ilədki yeni heyət,soldan sağa: Vilhelm Svedenborg, Nils Strindberg, Knut Frenkel, Salomon Avqust Andre 1896-cı ildə şarı işə salmaq üçün Andreyə kömək etmək istəyən çox sayda könüllü var idi. 1882–1883-cü illərdə Spitsbergenin geofiziki ekspedisiyasına başçılıq etmiş təcrübəli Arktika meteoroloq tədqiqatçısı və əvvəllər onun müdiri olan Nils Qustaf Ekholmu, fizika və kimya sahəsində araşdırmalar aparan Nils Strindbergi seçdi. Ekspedisiyanın əsas elmi məqsədi aerofotoşəkillər vasitəsilə ərazininin xəritəsini çəkmək idi və Strindberg həm sədaqətli, həvəskar fotoqraf olması ilə yanaşı, həm də yüksək səviyyəli kameraların bacarıqlı konstruktoru idi.Lundström, səhifə 36.