Müşfiq Fazil oğlu Məmmədli (; ) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı.

Həyatı Müşfiq Məmmədli 1972-ci il avqustun 1-də Sumqayıtda anadan olub. 1989-cu ildə Sumqayıt şəhər 25 saylı tam orta məktəbi bitirib. 1989-cu ildən 1990-cı ilə qədər 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyib. 1990–1996-cı illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.

1996–1997-ci illərdə Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçib, 1997–1999-cu illərdə isə qəbul şöbəsinin həkimi vəzifəsində çalışıb. 2000-ci ildə 3 il müddətində Türkiyənin İstanbul şəhərində təhsil alıb.

2004–2006-cı illər ərzində Tərtər bölgəsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, sonra isə rəisi olub. 2006-cı ildən 2014-cü ilə qədər Təcili Tibbi yardım stansiyasının, daha sonra isə Sumqayıt Uşaq xəstəxanasının həkimi işləyib. 2015–2016-cı illərdə Uşaq xəstəxanasının pediatriya şöbəsinin müdiri, 2016-cı ildən isə xəstəxananın baş həkimidir. 2013–2015-ci illər ərzində Rusiyanın Sankt-Peterburq İqtisad Universitetinin Ali İqtisad Məktəbində MBA proqramı çərçivəsində "Səhiyyə təşkilatlarının menecmenti" ixtisasına da yiyələnib.

2016-cı ildən isə Rusiya Pediatrlar İttifaqının üzvüdür.

Azərbaycan Elm və Təhsil nazirinin 26 oktyabr 2023-cü il tarixli əmri ilə "Azərbaycan Dövlət Pedoqoji Universitetinin 100 illiyi(1921–2021)" yubiley medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.

Ailəsi Ailəlidir, 3 övladı var.

Siyasi fəaliyyəti 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Üzv olduğu komitə və komissiyalar:

Səhiyyə komitəsi

Elm və təhsil komitəsi

Üzv olduğu işçi qrupları:

Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — Rəhbər

Üzv olduğu Parlamentlərarası əlaqələr üzrə işçi qruplar:

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

Azərbaycan-Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

Azərbaycan-Panama parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları