() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Birillik bitkidir. Gövdəsi budaqlı, codtüklü və ya çılpaq, hündürlüyü, 30-50 sm-dir. Yarpaqları növbəli, uzunsov-lansetvari, lələkvari yarılmış və ya bölünmüş, yuxarı yarpaqları oturaq, üç hissəyə bölünmüşdür. Qönçələri ovalvari, uzunluğu 20 mm-ə qədər, ağ və ya sarı-qırmızımtıl rəngli seyrək tüklüdür. Ləçəkləri enli, 2-5 sm uzunluqda, al qırmızı rəngdə, əsası ağ zeyli qara ləkəlidir. Erkəkcikləri qara nazik saplı və yumru tozluqludur. Qutucuğu 10–15 mm uzunluqda, tərsyumurtavari və ya uzunsov, qonur rəngdə, hamar, çılpaq, 5-10 şüalıdır.

Azərbaycanda yayılması BQ qərbi, BQ Quba sahəsi, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Əkinlərdə və tullantılı yerlərdə bitir.

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Azərbaycan florası