Sadiq Qurbanov () — Azərbaycan ictimai-siyasi və dövlət xadimi. Texniki elmlər namizədi. Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri. Yeni Azərbaycan Partiyasının ilk üzvlərindən biri olduğu qeyd olunur. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilat komitəsinin ilk sədri olmuşdur.

Həyatı Sadiq Qurbanov 12 iyul 1972-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Ələkli kəndində anadan olmuşdur. 1989-cu ildə Ərəbyengicə kənd orta məktəbini bitirmiş, həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1994-cü ildə təhsilini başa vuraraq həmin fakültənin dissertantı olmuş, eyni zamanda "Nəzəri mexanika və bütöv mühit mexanikası" kafedrasında laborant vəzifəsində çalışmışdır. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmlər namizədi namizədlik dərəcəsini almışdır. 1997–2001-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil almışdır. 2001–2004-cü illərdə YAP-ın göndərişi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsində təhsil almışdır. Ailəlidir, üç övladı var.

Fəaliyyəti 1999–2006-cı illərdə YAP-ın icra katibliyində "Partiyalar arası əlaqələr şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır. 2010-cu ildə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsi"ndə nəzarət sektorunun rəhbəri vəzifəsində çalışmışdır. Hazırda İqtisadiyyat Universitetinin "İqtisadi hüquq" kafedrasının baş müəllimi və Mühəndislik Universitetinin Ekologiya və yaşıl innovasiyalar kafedrasının müdiridir. Eyni zamanda "Azərbaycan Respublikası Neft – qaz sənayesi işçilərinin respublika həmkarlar komitəsində" sədr müavini vəzifəsində çalışmışdır. Mexanika-riyaziyyat sahəsində 11 elmi məqalənin, hüquq ixtisası sahəsində isə 15 elmi əsərlərin və "Əmək Məcəlləsinin kommentariyası" kitabının həmmüəllifidir.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilat komitəsinin ilk sədri olmuşdur.

2000-ci ildə keçirilən Milli Məclis seçkilərində Yeni Azərbaycan Partiyasının proporsional siyahısı üzrə namizəd olmuşdur.

2005-ci ildə Yeni Azərbaycan Partiyası tərəfindən Xətai rayonu üzrə 34 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüşdür.

9 fevral 2020-ci ildə Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputat seçilmişdir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) və VIII qurultayında (2 oktyabr 2026-cı il) Təftiş Komissiyasının üzvü seçilib.

2024-cü il 23 sentyab tarixində yenidən 64 saylı Salyan seçki dairəsindən deputat seçilmişdir.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Kitabları Qurbanov, Sadiq Haqverdi oğlu. Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi / S. H. Qurbanov; elmi red. Ə. Muradov; red. C. Cəfərov; Azərbaycan Dövlət İqtisad Universiteti.- Bakı, 2022.- 436 s. Qurbanov, Sadiq Haqverdi oğlu. "Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktiki konfrans: 12-14 oktyabr 2022 = Towards a new economic model or an alternative development path of "Greening" the economy: at the plenary session of the "Green" economy conference: october 12-14, 2022 / S. H. Qurbanov; Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi [et al.].- Bakı: İzə, 2022.- 96 s..- Azərbaycan və ingilis dillərində. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri" adlı respublika elmi-praktiki konfransının materialları: Bakı, 5 may 2023-cü il / S. H. Qurbanov, F. İbrahimli, Z. Əsgərov [et al.]; Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası.- Bakı, 2023.- 650 s. Qurbanov, Sadiq. Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat / S. H. Qurbanov; elmi red. Ə. Muradov. - Bakı : İzə, 2023. - 272 s. Gurbanov, Sadig. Aleader transcending time: Heydar Aliyev s governance and succession philosophy / G. H. Gurbanov .- Bakı : 2023, 424 pag. Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat. Bakı - İzə, 2023.- 272 s. Qurbanov, Sadiq Haqverdi oğlu. Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu / S. H. Qurbanov. - Bakı : İZƏ, 2024. - 400 s Qurbanov, Sadiq Haqverdi oğlu; Məmmədov, Zahid. Yaşıl iqtisadiyyat: ekoloji və iqtisadi krizlərə qarşı antiböhran idarəetmə modeli / S. H. Qurbanov, Z. Məmmədov. – Bakı, 2024. – 424 s. Qurbanov, Sadiq Haqverdi oğlu. Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası: I cild / S. H. Qurbanov. - Bakı : İzə, 2025. - 816 s. Qurbanov, Sadiq Haqverdi oğlu. Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası: II cild / S. H. Qurbanov. - Bakı : İzə, 2025. - 816 s. Qurbanov, Sadiq Haqverdi oğlu. Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası: III cild / S. H. Qurbanov. - Bakı : İzə, 2025. - 768 s. Haqqında "Sədaqət və cəsarət kredosu" kitabı.

Təltifləri — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Tərəqqi" medalı. "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı. Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının "MPA СНГ – 30 лет" yubiley medalı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "30 illik (1992–2022)" yubiley medalı. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "15 illiyi" yubiley medalı. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı.

Xarici keçidlər 15x15px 15x15px

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin sədrləri Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları