Təbriz zəlzələsi — 1721-ci ildə baş vermiş və episentri Təbriz olan zəlzələ. Zəlzələ nəticəsində şəhərin bir çox vacib məktəbləri və məscidləri də daxil olmaqla 75 faizi dağılmışdır. Bundan başqa zəlzələ 10 minlərlə insanın ölümünə də səbəb olub. Bəzi təxminlərə görə zəlzələdən 8–250 min arası insan dünyasını dəyişib. Zəlzələ nəticəsində 1722-ci ildə Osmanlı ordusu buranı asanlıqla ələ keçirə bilir. Bundan başqa zəlzələ şəhərin iqtisadi vəziyyətində də çətinliklər yaradır. Zəlzələ bir sıra tarixi abidələrin də dağılmasına səbəb oldu.
Həmçinin bax Təbriz zəlzələsi (1780)
İstinadlar
Ədəbiyyat
Kateqoriya:1721-ci ildəki hadisələr Kateqoriya:İranda zəlzələlər Kateqoriya:Azərbaycanda zəlzələlər Kateqoriya:1720-ci illərdə İran