() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Çoxillik bitkidir. Gövdəsi bir və ya bir neçə, nazik, sadə və ya budaqlı, hündürlüyü 20–45 sm, qısatüklü və ya demək olar ki çılpaqdır. Yarpaqları oturaq, xətti-lansetvari və ya xəttvari, üstdən tünd yaşıl, altdan daha açıq rəngdədir. Köbələri azçiçəklidir, gövdənin təpəsində uzunsov başcıqlı çiçəkbirliyi şəklində yığılmışdır, çiçəkləri demək olar ki, oturaqdır. Kasacıqları 7–12 mm, qısatüklü, çox vaxt bənövşəyidir. Tacı 2–2,5 sm, əlvan bənövşəyi və ya bənövşəyi-göy rəngdə, xaricdən qısa tüklüdür. Toxumcaları 3 mm uzunluqda, hamar yumurtavari, küt üçtinli, demək olar ki, qara rəngdədir.

Azərbaycanda yayılması BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Dağ çəmənlərində bitir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avropa florası Kateqoriya:Asiya florası Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları