Yeni Orlean uğrunda döyüş () — 1814-cü il dekabrın 24-də (köhnə təqvimlə) və ya 1815-ci il yanvarın 8-də Luiziana ştatı, Yeni Orlean yaxınlığında baş verən döyüş.
Bu 1812-ci il İngilis-Amerika müharibəsinin son böyük döyüşü idi. Endrü Ceksonun komandanlığı altında olan ABŞ qoşunları İngiltərə ordusunu məğlub etdi. Müharibəyə son qoyan Gent müqaviləsi 24 dekabr 1814-cü ildə imzalanmışdı, ancaq sülh xəbərləri Yeni Orlean döyüşünün iştirakçılarına yalnız 1815-ci ilin fevralında çatdı. Yeni Orlean uğrunda döyüş amerikalıların bu müharibədə quruda qazandığı ən böyük qələbə sayılır.
Borqn gölü üzərində döyüş 250px|thumb|right|XVIII əsrin xəritəsində Cənub-Şərqi Luiziana 1814-cü il dekabrın 12-də admiral ser Aleksandr Kokranın komandanlığı ilə 14.450 dənizçi və əsgərdən ibarət altmış İngilis gəmisi Ponçartreyn və Borqn göllərindən şərqdə Meksika körfəzində lövbər saldılarСсылка на карту Луизианы.. Göllərə giriş leytenant Tomas ap Ketsbi Consun rəhbərliyi altında beş silah gəmisi ilə Amerika donanması tərəfindən qorunurdu. Dekabrın 14-də kapitan Nikolas LokerinQuimby, p. 824. komandanlığı altında təxminən karronada ilə silahlanmış 1200 ingilis dənizçisi və dəniz piyadası 42 uzun qayıqla amerikalıların üzərinə istiqamət aldılar. Qısa müddətli bir döyüşdən sonra amerikalıların gəmiləri ələ keçirildi. Döyüşdə 17 ingilis öldürülmüş və 66-sı yaralanmışdıQuimby, p. 826.. Amerikalılardan isə 6 adam ölmüş, 35 yaralanmış və 86 nəfər əsir düşmüşdü. Ən maraqlısı qarşı tərəflərin hər iki komandiri yaralılar arasında olması idi. Göllərə girişi azad etdikdən sonra general Con Kinin rəhbərlik etdiyi min ingilis əsgəri Yeni Orleandan 30 mil (48 km) şərqdə yerləşən Pi adasına üz tutdu və orada bir qarnizon yerləşdirdilər.
23 dekabr gecə hücumu 250px|thumb|left|Gecə döyüşünün planı. Dekabrın 23-də sübh tezdən 1800 əsgər avanqardı olan Kin şəhərdən 9 mil (14 km) cənub tərəfə Missisipi çayının şərq sahilinə çatdıRemini (1999), pp. 62–64.. General qəflətən şəhərin çay yolu boyunca mühafizə olunmayan hissəsindən hücum edə və onu bir neçə saata tuta bilərdi, lakin o, əlavə qüvvələrin gəlişini gözləyərək, Lakosta plantasiyasının yaxınlığında düşərgə salmaq qərarına gəldiQuimby, p. 836.. Kinin bu qərarı taleyüklü olduThomas, p. 61.. Günün ikinci yarısından sonra, ingilis qoşunlarının vəziyyətini öyrənən Endrü Cekson polkovnik Tomas Hayndsın yüngül süvari eskadronuna və Missisipi ərazisindəki polislərə düşmənin mövqelərində kəşfiyyat aparmağı əmr etdiRemini, Robert V. (1977), Andrew Jackson and the course of American empire, 1767–1821. pp. 259–263.Remini, Robert V. (1999), The Battle of New Orleans. p. 74.Hinds' Dragoons became the 155th Infantry Regiment of the Mississippi Army National Guard, one of only 19 Army National Guard units with campaign credit for the War of 1812.. Düşərgədə istirahət edən britaniyalıların üzərinə axşam hücumu zamanı Ceksonun 2131 əsgəriQuimby, p. 843. var idi. Bundan sonra o, qüvvələrini Yeni Orleandan cənuba 6,4 km məsafədə yerləşən Rodriqes kanalına yönəltdi. Döyüş zamanı amerikalıların itkisi 24 nəfər ölü, 115 yaralı və 74 itkin təşkil etmişdirJames, pp. 535–536. . İngilislərdən 46 nəfər öldürülmüş, 167 yaralanmış və 64 itkin düşmüşdürThomas, pp. 61–64..
Tarixçi Robert Kuimbinin fikrincə, ingilislər taktiki qələbə qazandılar ki, bu da onlara mövqelərini qorumağa imkan verdiQuimby, p. 852.. Ancaq eyni zamanda, "ingilislər asan bir qələbəyə imanlarını itirdilər", buna görə də Kin daha ehtiyatlı davranmağa başladı və növbəti iki gün şimala irəliləmək üçün heç bir cəhd etmədiQuimby, pp. 852–853. . Bunun sayəsində amerikalılar torpaq işlərinin köməyi ilə kanalın möhkəmləndirilməsi üçün əlavə vaxt qazandılarGroom, pp. 145–147.. Milad bayramına gələn general Edvard Pakenhem amerikalılar tərəfindən inşa edilən istehkamlarda döyüş kəşfiyyatı aparmaq əmrini verdi. Elə həmin axşam ordunun hazırkı vəziyyəti barədə məlumatları yeniləmək üçün Kokran və Kin ilə görüş keçirdi. O, aldığı yeni məlumatlardan çox narazı qaldı. Pakenhem Çef Menter boğazını hücumun əsas yolu kimi istifadə etmək niyyətində idi, lakin Kokran öz gəmilərini lazım olan hər şeyi təmin etməyə qadir hesab edirdiPatterson, Benton Rain, pp. 214–215.. Admiral İngiltərə ordusunun amerikalıları darmadağın edə biləcəyinə inanırdı. O, hətta lazım gələrdisə bu işdə dənizçilərin ona kömək edəcəyinə də əmin idi. Mübahisələrə baxmayaraq toplantı iştirakçıları plan tərtib edib hücum üçün yer təyin etdilərPatterson, Benton Rain, pp. 215–216..
İngilis qüvvələrinin hücum etməməsindən yararlanan amerikalılar sonradan Cekson xətti ilə tanınan artilleriya batareyalarını yerləşdirmək üçün torpaq istehkamları qurmağa başladılar. Bu istehkamlarda bir 32 funtluq top, üç 24 kiloluq, bir 18 kiloluq, üç 12 kiloluq, üç 6 kiloluq və 6 düymlük (150 mm) haubitsa olan səkkiz batareya yerləşdirildi. Cekson həmçinin USS Luiziana döyüş gəmisindən Missisipinin qərb sahilinə 24 funtluq və 12 funtluq iki top göndərdi. Amerikalı generalının komandanlığı altında 4.322 nəfər var idi: Amerika müntəzəm ordusunun 968 əsgəri, 58 dəniz piyadası (müdafiə xəttinin mərkəzini tuturdular), Amerika dəniz batalyonunun 106 dənizçisi, 1060 Luiziana milisi və könüllüləri (462 azad qaradərili də daxil olmaqla), 1352 tennesili, 986 kentukkili və 150 missisipili milis və 52 çokto hindu qəbiləsi döyüşçüsü, dəniz qulduru Jan Lafitte dəstəsi ilə birlikdə. Cekson eyni zamanda Missisipi çayı yaxınlığında yerləşən USS Luiziana, USS Karolina və Enterprise hərbi gəmilərinin dəstəyinə də arxalana bilərdi.
İngiltərə ordusunun əsas hissəsi yeni 1815-ci ilin ərəfəsində gəldi. Onlar gələndə torpaq istehkamları üç saat ərzində artilleriya atəşinə məruz qoydular. Atəş nəticəsində bir neçə Amerika silah-sursatı məhv edildi və sıradan çıxarıldı (32, 24 və 12 funtluq da daxil olmaqla). İstehkamlara da atəş nəticəsində ciddi zərər dəydi. İngilis silahlarının atəşi döyüş sursatlarının tam istifadəsi səbəbindən Pakenhemın əmri ilə dayandırıldı. İngilis generalının amerikalıların Cekson xəttinin solunu təşkil edən bataqlıqdakı mövqelərindən darmadağın olub qaçmaqları barədə məlumatı olub-olmadığı məlum deyil. Pakenhem yeni bir hücuma başlamazdan əvvəl 8 minlik dəstənin gəlişini gözləməyi qərara aldıК британским регулярным войскам относились 4-й, 7-й, 21-й, 43-й, 44-й, 85-й, 93-й (Хайлендский) полки, 500 человек "полу-батальона" 95-го Стрелкового, 14-й полк лёгких драгун, а также 1-й и 5-й вест-индские полки из уроженцев Британская Вест-Индия|Британской Вест-Индии. Также присутствовали представители индейского племени Хитчити, возглавляемые Киначе..
8 Yanvar döyüşü 250px|thumb|left|8 Yanvar döyüşünü təsvir edən xəritə 1815-ci il yanvarın 8-də ingilis qoşunları Ceksonun müdafiə xəttlərinə doğru irəlilədilər. Bu vaxta qədər şəhərdən dörd mil aralıda, Rodriges kanalında möhkəmləndirilmiş, bataqlıqlardan çaya qədər uzanan üç müdafiə xətti çəkilmişdi. Müdafiə istehkamları taxtalarla əhatə olunmuş və artilleriya üçün torpaq sahələrlə təmin edilmişdirkitab3 |başlıq=History of the Corps of Royal Engineers Vol I |il=1889 |nəşriyyat=The Institution of Royal Engineers |yer=Chatham |ref=Porter |dil=en |müəllif=Porter, Maj Gen Whitworth.
İngilis komandanlığının planına görə amerikalıların artilleriyasından dəyən zərbəni azaltmaq üçün qərb sahilindəki 20 silahlı batareyaya hücum edilməli idi. Bu silahların hücum nəticəsində ələ keçirilərək amerikalıların gələcək hücumlarını dəf etmək üçün istifadə edilməsi planlaşdırılırdı. Yanvarın 8-i səhər tezdən Pakenhem general Ceksonun mövqeyinə iki tərəfli hücum üçün son əmirlərini verdi. Polkovnik Vilyam Tornton (85-ci alay) gecə 780 nəfərlik bir dəstə ilə Missisipini keçməli və dayanmadan çayın yuxarı axarı boyu hərəkət edərək amerikalıların əsas istehkamlarının cinahda olan kommondor Daniel Pattersonun batareyası üzərinə hücum etməli idi. Bundan sonra Ceksonun qüvvələri haubitsa və raketlərlə aramsız atəş altında saxlanmalıydıQuimby, pp. 892–893.. Ardınca isə iki kolonla torpaq istehkamlar üzərinə əsas hücuma başlamaq planlaşdırılırdı (Kinin qüvvələri çay, general-mayor Samuel Qibbsin hissələri isə bataqlıq tərəfdən). General-mayor Con Lambertin dəstəsi ehtiyatda qalırdı. 250px|thumb|right|Luiziana milisinin tərkibində döyüşdə iştirak edən Jan Gitzint Laclottun Yeni Orlean Döyüşü adlı rəsm əsəri (1815)
İngilislər tərəfindən 42 kiçik qayığın çaya çata bilməsi üçün kanal qazıldı. Ancaq yanvarın 8-də səhər Kokranın dənizçilərinin qazdığı kanallar çökdü, yeni bir bənd tikilməsi səbəbindən dənizçilər yalnız səhər 12 saat sonra hücuma keçə bildilərPatterson, Benton Rain, p. 236.. Ümumi hücum təxirə salınmadı, çünki hücumun özü də uğurlu olmasa da, qərb sahilində təxribat ümidi vardı.
Amerikalıların mövqelərinə iki böyük hücum dəf edildi. Pakenhem və onun müavini general-mayor Samuel Qibbs torpaq istehkamlarından açılan top atəşi nəticəsində ölümcül yaralandılar. 21-ci alaydan olan mayor Vilkinson döyüş nizamını yenidən quraraq üçüncü hücuma cəhd etdi. O, əsgərlərlə birlikdə rəqib xəndəklərinə çatdı və zirvəyə çatmaq üçün bir cəhd etdi, amma düşmən gülləsinə tuş gələrək yaralandı. Onun cəsarətindən təsirlənən müdafiəçilər daha sonra onu qala divarının kənarına apardılar. Yüksək ranqlı zabitlərin əksəriyyəti öldürüldükdə və ya yaralananda 93-cü alay da daxil olmaqla ingilis əsgərlərinə geri çəkilmək və daldalanmaq əmri verən olmadığıdan Cekson mövqelərindən fasiləsiz atəşə məruz qaldılar. Ehtiyatda olan general Lambert belə şəraitdə komandanlığı öz üzərinə götürdü və orduya geri çəkilməyi əmr etdi. Bu əməliyyatı həyata keçirmək üçün o, ehtiyat qüvvələrdən istifadə etdi.
Yeni Orlean uğrunda döyüş qısa müddətli və qeyri-bərabər demək olar ki, bir tərəfli ingilis itkiləri ilə fərqlənir. İyirmi beş dəqiqə ərzində bu döyüş ingilislər üçün 700 nəfər ölü, 1400 nəfər yaralı və 500 nəfərin əsir düşməsi ilə nəticələndi (demək olar ki, həmin gün döyüşlərdə iştirak edən əsgər sayının üçdə biri). Onların ümumi itkiləri 2600 nəfər təşkil etdi. Amerikalılar tərəfindən isə cəmisi yeddi nəfər öldürülmüş, altı nəfər isə yaralanmışdı. Döyüş başa çatdıqdan sonra özünü ölülüyə vuran 500-ə yaxın ingilis əsgəri amerikalılara təslim oldu. Bir ingilis şeypur çalan oğlan yaxınlıqda uçan mərmilərə baxmayaraq döyüş boyu vəzifələrini icra etməyə davam etmişdir. Bunun üçün o, amerikalıların döyüş xəttindən cəmisi 200 metr məsafədə olan bir ağaca dırmaşdı. Döyüşdən sonra o, əsir götürüldü və qaliblərin özləri tərəfindən qəhrəman elan edildi.
44-cü alayın polkovniki Mallins məğlubiyyətin əsas günahkarı hesab edildi. Çünki, o, xəndəklərin üzərinə qalxmaq üçün pilləkənlər və bataqlıqları keçmək üçün qamışdan düzəldilmiş bir-birinə bağlı xüsusi topalar gətirməli idi. Cəbhədə ehtiyac duyulduğu anda ön xətdən yarım mil məsafədə olduğuna görə o, etibarı itirilmiş sayıldı. Mallinsin davranışlarını öyrənən Pakenhem onu 44-cü alayın rəisi olaraq əvəz etdi, əsgərlərini qalalara basmaq üçün lazım olan mühasirə vasitələri ilə döyüş bölgəsinə gətirməyə çalışdı. O, ön xətdən 500 metr məsafədə olarkən qəlpə parçasından yaralandı, ata minəndən sonra artıq ölümcül yara aldı.
Nəticələri
Seynt Filip fortunun mühasirəsi 250px|thumb|left|Döyüş səhnəsi. İngilislər Missisipi çayının yuxarı axarı boyunca yürüş etməyi planlaşdırdılar, amma Seynt Filip fortu onların yolunu bağlayırdı. Bu fort Yeni Orleanı Meksika körfəzindən mümkün olan dəniz hücumundan qoruyurdu. Yanvarın 9-da donanma Amerika istehkamlarına hücum etdi, lakin qarnizon və yerli əhalinin şəxsi gəmilərinin birgə səyləri ilə hücum dəf edildi. Qalanın bombalanması növbəti on gün ərzində davam etdi. Bombalamadan da bir nəticə çıxmayınca ingilis gəmiləri yanvarın 18-də geri döndülər.
Britaniyalıların geri çəkilməsi