Alqeti (Alqet) — Tiflis quberniyasının Borçalı qəzasında (indi Tetriskaro rayonunda) çay adı.B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı lüğəti. Bakı, "Nurlan",2008.
Toponimkası Alqet hidroniminin adı Trialeti mahalında qədim gürcü mənbələrində çəkilir. Suxumi dairəsində Alqat kənd və Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Alqet kənd adları ilə mənaca eynidir. Türk dillərində al "geniş" və qat, kat- "dağın meşəsiz gündüşən tərəfi" sözlərindən ibarətdir. Adın "qet" hissəsinin türkcə olması ondan görünür ki, Şimali Qafqazın Stavropol quberniyasının Veden dairəsində Max-Ket dağ adı vardı.
Ekoloji vəziyyəti Algeti çayı Marneuli şəhərinin mərkəzindən keçir. Şəhərdə əsasən azərbaycanlılar yaşayır. Marneuli bələdiyyəsindən keçən Algeti çayının sahili Marneuli bazar ərazisində çirklənib. Sahildə plastik, selofan torbalar, şüşə və plastik qablar, istifadə olunmuş bezlər, heyvan qalıqları, kimyəvi, bioloji tullantılar, məişət, yaxud tikinti tullantılarına və s. rast gəlmək olar.
İstinadlar
Xarici keçid anl.az/down
Kateqoriya:Gürcüstan çayları Kateqoriya:Kürün qolları