あ (hiraqana) və ya ア (katakana) – yapon dilində kanalardan biri. あ 安 kancisinin soşo stilindəki yazılışına, ア isə 阿 kancisinin radikalına əsaslanır. Müasir yapon dilində əlifba sırasında birinci yerdə gəlir. Bundan əlavə, "İroha"da 36-cı hərfdir. Romaci versiyası "a"dır.

Yaranması ア kanası 阿 kancisinin sol elementindən törəyib. あ hiraqanası isə 安 kancisinin sadələşdirilmiş versiyasıdır.

Yazılış thumb|upright|あ üçün yazılış qaydası. thumb|upright|ア üçün yazılış qaydası.

あ hiraqanası 3 xətlə yazılır:Gilhooly (2003) p. 62 Başda soldan sağa horizantal xətt. Yuxarıdan aşağı doğru gedən qövsvari xətt. Aşağıda の kanası xatırladan hissə.

ア katanakası 2 xətdən ibarətdir.Gilhooly (2003) p. 128 Başda horizantal şəkildə uzanan və onun salında aşağı doğru gedən qısa çıxıntı. Sonuncu xəttin axırından başlayan və qövsvari şəkildə aşağı gedən xətt.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Spesifik kana