Qulaməli Üveysi (; ) — Azərbaycan əsilli İran generalı, Şah qvardiyasının rəisi, Tehran şəhərinin hərbi komendantı, Şah ordusunun sonuncu komandanı, öz dövrünün ən mahir hərbiçisiMansur Rafizadeh. (1987). Witness: From the Shah to the Secret Arms Deal: an Insider's Account of U.S. Involvement in Iran. W. Morrow.Mark J. Roberts. (January, 1996). Khomeini's Incorporation of the Iranian Military..
Həyatı Qulaməli Üveysi 16 aprel 1918-ci ildə Qum vilayətinin Fürdov kəndində Üveysi ailəsində anadan olmuşdu. Kəndin əhalisi mənşəcə türkmanlardan təşkil olunmuşdu. Onun öz şəcərəsi Qaraqoyunlu Qara Yusifə çatır. Ana tərəfdən isə Məhəmməd Əli Şah Qacarın böyük oğlu Hüseyn Əli Mirzənin nəvəsidir.
O, 1937-ci ildə Şərif Dölə Bozorgun nəvəsi, Şərif Dölə Bəniadəmin qızı olan Şərafət Bəniadəm ilə ailə həyatı qurub.
Təhsili və karyerası Qulaməli Üveysi Tehranda İran Ali Hərbi Məktəbin Zabitlər fakültəsinin məzunudur. O, Məhəmmədrza şah Pəhləvi ilə eyni fakültədə təhsil alıb.
Qulaməli Üveysi 5 dekabr 1978-ci ildə İranın əmək naziri olmuşdu.
Qulaməli Üveysi 7 fevral 1984-cü ildə Parisdə terror edildi.
Həmçinin bax Hüseyn Fərdust
İstinadlar
Kateqoriya:İran hərbçiləri Kateqoriya:İran generalları Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:3-cü dərəcəli Şiri Xurşid ordeninin kavalerləri Kateqoriya:İran nazirləri Kateqoriya:Per-Laşez qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Antikommunistlər