Məhsəti Gəncəvinin heykəli — heykəltəraşı Münəvvər Rzayeva olan və 1983-cü ildə Gəncə şəhərində qoyulmuş heykəl. Hündürlüyü 5 metr olan heykəlin memarı isə L.Rüstəmovdur. Münəvvər Rzayevanın dediyinə görə Məhsəti Gəncəvi obrazını yaratmaq üçün o ömrünün 20 ilini sərf edib. Şairənin dolğun obrazını yaratmaq üçün saysız-hesabsız variantlar işləmişdir. Heykəl hazırda Gəncədə Xan bağında yerləşir. Həmçinin bax Nizami Gəncəvinin heykəli

İstinadlar

Kateqoriya:Gəncədəki heykəllər Kateqoriya:1983-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Münəvvər Rzayevanın əsərləri