Qəşənq xırdaləçək (lat. Erigeron venustus)

Qısa morfoloji təsviri Çoxillik bitkidir. Gövdəsi düz, 10-40 sm hündürlükdə, sadə, bəzən 2-3 budaqlı, az yarpaqlı, tükcüklüdür. Kökyanı yarpaqları uzunsov və ya lansetvari-çəlovvari, ucu biz, bəzən küt, gövdə yarpaqları oturaqdır. Səbətləri 1-2 sm enində, yarımkürəvari, tək-tək gövdənin təpəsində yerləşir. Sarğısı tüklü, vəzili, boz və ya al qırmızı rəngdədir. Kənar çiçəkləri 1 mm enində dardilcikli, əlvan çəhrayı, orta çiçəkləri boruvari sarı rəngdədir. Toxumcaları 2–3 mm uzunluqda, zəif tüklüdür; kəkili toxumcadan 2 dəfə uzun, qəhvəyitəhər tükcüklüdür.Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019

Yayılması BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Yüksək dağ çəmənlərində, töküntü və qayaların üzərində bitir.Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.

Xalq təbabətində və tibbdə yeri

İstinadlar

Kateqoriya:Azərbaycan florası