Jorj Anri Jozef Eduar Lemetr (; ) — Belçikadakı Katolik kilsəsində keşiş, riyaziyyatçı, astronom və Löven Katolik Universitetində fizika üzrə professor olmuş yezuit. O, tarixdə ilk dəfə yaxın qalaktikaların resessiyasının genişləyən kainat nəzəriyyəsi ilə açıqlamağın mümkün olduğunu təsbit etmişdir. Daha sonra bu fikir Edvin Habbl tərəfindən aparılan müşahidələr nəticəsində doğrulanmışdır. Lemetr ilk dəfə hal hazırda Habbl qanunu və ya Habbl-Lemetr qanunu olaraq bilinən qanunu ortaya qoymuş və Habblın məqaləsindən iki il əvvəl, 1927-ci ildə çap etdiyi məqaləsində Habbl sabitinin hesablamasını aparmışdır. O, həmçinin, ilk başda "ibtidai atom nəzəriyyəsi" olaraq adlandırdığı, bu gün isə "Böyük partlayış nəzəriyyəsi" fikrini irəli sürmüşdür.

İstinadlar

Kateqoriya:Leykozdan ölənlər Kateqoriya:Harvard Universitetinin müəllim köməkçiləri