Pirsaatçay — Şamaxı və Hacıqabul rayonları ərazisindən axan çay.

Ümumi məlumat

Uzunluğu 119 km, hövzəsinin sahəsi 2280 km²-dir. Mənbəyi Baş Qafqazın cənub yamacından (2400 m) başlayır. Axımının çox hissəsi yağış (80%), qismən də qar (14%), yeraltı (16%) sulardan əmələ gəlir. İl ərzində yağan yağışlar çayda daşqın əmələ gətirir. Çayın orta illik su sərfi 1,55 kub m/san-dir. Yaz-yay fəsillərində illik axımının 60?70%-i keçir. Suyu sulfatlı-natriumlu olmaqla ən çox minerallaşmaya (1000 mq/l-dən artıq) malikdir. Üzərində su anbarı tikilmişdir. Aylar Sululuq faiz ilə Yanvar 17% Fevral 16% Mart 15% Aprel 12% May 8% İyun 2% İyul 0% Avqust 0% Sentyabr 2% Oktyabr 4% Noyabr 11% Dekabr 13%

Mənbə Pirsaatçay

Həmçinin bax Azərbaycan çayları

Kateqoriya:Azərbaycan çayları Kateqoriya:Xəzər dənizinə tökülən çaylar