İştvan Yuhaz (tam adı: ; ) — çoxluqlar nəzəriyyəsi üzərində işləmiş macar riyaziyyatçı. Hazırda Macarıstan Elmlər Akademiyasının Renyi Riyaziyyat İnstitutunda çalışır.
Həyatı İştvan Yuhaz 1966-cı ildə Eötvöş Lorand Universitetindən məzun olub və 1974-cü ilədək burada işləyib. Həmin ildən etibarən Macarıstan Elmlər Akademiyasının Alfred Renyi Riyaziyyat İnstitutunda fəaliyyət göstərib və hazırda həmin institutun emerit professorudur.
Yuhaz 1977-ci ildə Akademiyada elmi işini müdafiə edərək elmlər doktoru dərəcəsi alıb. 2007-ci ildə Macarıstan Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2015-2018-ci illərdə Avropa Çoxluqlar Nəzəriyyəsi Cəmiyyətinin prezidenti olub. Studia Scientiarum Mathematicarum və Topologiya və onun tətbiqi jurnallarının redaktə heyətinin üzvüdür.
İstinadlar
Kateqoriya:Macarıstan riyaziyyatçıları