Piramidal küllücə — (lat. Filago pyramidata)

Qısa morfoloji təsviri Birillik, gövdəsi düz və ya qalxan, haçavari ayrılan budaqlı, ağ keçəvari tüklü bitkidir. Yarpaqları oturaq, bütöv lansetvari, iti uclu, bəzən kütdür. Səbətləri 5 mm uzunluqda, 10–30 səbətdən ibarət oturaq başcıq əmələ gətirərək gövdə haçalarında və ya budaqların ucunda yerləşirlər. Sarğının yarpaqcıqları uzunsov-lansetvari, dikdayanan, tüklü, sarı, ucu çox vaxt biz və qırmızımtıldır. Çiçəkləri xırda, sarımtıldır. Toxumcaları 0,6 mm uzunluqda, nahamar, kəkilsizdir.Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019

Yayılması BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda bitir.Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950–1961, Т. I–VIII.

İstinadlar

Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Avropa florası Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları