Dəmir qız () — Marvel Comics tərəfindən ABŞ kompikslərində görünən uydurma supercanidir. İlk dəfə "Marvel Fanfare # 11" nəşrində təqdim edilmiş personaj Ralf Maççio və Corc Perez tərəfindən yaradılmışdır. Mənşəcə rus olan personaj digər Qara dulun düşmənlərindən biridir. Müxtəlif dövrlərdə personaj Şimşək zərbələri və Femizonlar dəstələrinin üzvü olmuşdur.
Marvel Kinematoqrafiya Kainatına daxil olan "Qara dul" filmində Dəmir qız personajını aktrisa Reyçel Vays canlandırmışdır.