Yozef Aloiz Şumpeter (; ) — amerikalı və avstriyalı siyasi iqtisadiyyatçı, Avstriya Maliyyə Naziri.

Həyatı Yozef Aloiz Şumpeter 8 fevral 1883-cü ildə Avstriyada anadan olmuşdur. 1930-cu illərdə ABŞ-yə mühacirətə getmişdi və həyatının sonuna kimi Harvard Universitetinin professoru olmuşdur. 1901-1906-cı illərdə Vyana Universitetində təhsil almışdır. Fəaliyyəti 1909-1911-ci illərdə Çemovitsk Universitetində professor, 1919-1920-ci illərdə Avstriyanın maliyyə naziri, Reyn və Harvard Universitetlərinin professoru, 1940-1941-ci illərdə İqtisadi cəmiyyətin prezidenti, 1948-ci ildə Amerika İqtisadçılar Assosiasiyasının prezidenti olmuşdur.

Şumpeter XX əsr iqtisad elminin dahilərindən biridir. Onun iqtisadi proseslərə möhtəşəm baxışı Adam Smit və Karl Marksın baxışları ilə müqayisə oluna bilər. Şumpeterin əsərləri mövzu dairəsinə görə xeyli genişliyi ilə fərqlənir. O, artım konyunkturası problemlərini, iqtisadi təlimlər tarixini və iqtisadi sistemləri tədqiq etmişdir.

Şumpeter öz əsərlərində iqtisadi həyatın bütövlüyünü və qarşılıqlı əlaqəsini göstərməyə cəhd edirdi. İqtisadi dinamika və tsikllər konsepsiyası ona məxsusdur və burada sahibkarlıq funksiyası mərkəzi yer tutur. 28 yaşında yazdığı “İqtisadi inkişaf nəzəriyyəsi” (1912) kitabında o, K.Marksın təsvir etdiyi parazit həyat tərzinə uyğunlaşmış xəsis kapitalistin əvəzinə dinamik və yeniliklərə meyilli yeni bir sahibkarı ön plana çəkdi. Belə sahibkar texniki tərəqqi prosesinə, kapitaldan istifadənin səmərəliliyinə, mənfəətin əldə olunmasına çalışır.

Şumpeterə görə, məhz sahibkarlar istehsal amillərindən istifadə yeni kombinasiyalarını ixtira edərək iqtisadiyyatın artımını və təsərrüfat metamorfozlarını doğurur. O, iqtisadi prosesdə ən mühüm rol kimi öz-özlüyündə təkcə artımı yox, həm də xeyli dərəcədə sərbəst yaradıcılıq prosesində köhnənin yeni ilə əvəz edilməsinə gətirib çıxaran dəyişiklikləri və innovasiyalan ayırırdı. Şumpeter institusional dəyişikliklər və texnoloji innovasiyalar əsasında əldə olunan iqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi səmərəli rəqabət nəzəriyyəsini işləyib hazırlamışdır. O, iqtisadi artımın tsiklliyini qanunauyğunluqlar kimi nəzərdən keçirirdi. Hərçənd ki, onun məntiqinə uyğun olaraq böhranlar labüd deyil. Onlar yüksəlişin qanunauyğun surətdə dayanmasına hay-küylə cavab verməsi nəticəsində yaranır. Tsikllər nəzəriyyəsində kreditə mühüm rol ayrılır. Kredit iqtisadi dövriyyəyə əlavə resursların və elmi yeniliklərin cəlb edilməsi imkanını yaradır. Tədqiqatlar nəticəsində Şumpeter belə bir nəticəyə gəlmişdi ki, xüsusi sahibkarlıq kapitalizminin dövlətin tənzimlədiyi iqtisadi inkişaf sisteminə transformasiya olunması labüddür.

1919-cu ildə qısa müddətlik Avstriya Maliyyə Naziri vəzifəsini tutmuşdur. 1932-ci ildə karyerasının sonuna qədər fəaliyyət göstərəcəyi Harvard Universitetində professor olmuş və ABŞ vətəndaşı olmuşdur.

Şumpeter 20-ci əsrin ən vacib iqtisadçılarından biri kimi qəbul edilir və iqtisadiyyatda "yaradıcı yıxım" termini ilə məşhurlaşmışdır. 230px|thumb|left|İndi onun adına muzey olan Şumpeterin Trşeştidə anadan olduğu ev.

Xatirəsi 1986-cı ildə alimin şərəfinə “Yozef Şumpeterin beynəlxalq cəmiyyəti”, 2001-ci ildə Berlində Şumpeter İnstitutu yaradılmışdır. Alimin şəxsi kitabxanasının bir qismi Tokionun Xitotsubasi Universitetində saxlanılır. 2004-cü ildə Çex Respublikasının Prezidenti Vatslav Klaus, iqtisadçının anadan olduğu evdə (Trşeşt şəhərində) Şumpeter Muzeyini açdı. İstinadlar

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:ABŞ politoloqları Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:Avstriya iqtisadçıları Kateqoriya:Avstriya nazirləri Kateqoriya:Avstriyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Avstriya ali təhsil müəssisələrinin müəllimləri Kateqoriya:Makroiqtisadçılar Kateqoriya:Almanlar Kateqoriya:Avstriya məktəbi Kateqoriya:Avstriya sosioloqları Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:Rəqabət (iqtisadiyyat)