Barquzin çayı () — Buryatiyanın Kurumkan və Barquzin rayonlarından axan çay. Baykal gölünə axan ən böyük çaylardan biridir. Coğrafiya Uzunluğu 480 km, hövzəsinin sahəsi 21 100 km²-dir. Başlanğıcını İkat və Cənubi Mui silsilələrinin qovşağından götürür. İkat silsiləsinin yamaclarından aşağı doğru axan çay Amut vadisində Balan-Tamur gölünü əmələ gətirir. Çuxurdan keçərək çay tədricən dərin dərəyə çevrilən, güclü drenajlarla nisbətən sadə sürtgəclər təşkil edən tayga bataqlıq vadisindən axır. Barquzinin yuxarı axarının əksər hissəsi Cergin dövlət təbiət qoruğunun ərazisindən keçir. Barquzin vadisinə daxil olduqdan sonra çay düz bir xarakter alır və geniş bir dərədən Barguzin kəndinə qədər axır. Sonra Barquzin silsiləsinin dalından keçərək yenidən astanalarl dolu bölgədən axmağa başlayır. Ust-Barquzin kəndindən 1,5 km məsafədə tək bir qol şəkilində Barquzin buxtasına tökülür. Baykala çox sayda lil və qum çöküntüləri gətirir. Çayın axdığı ərazinin iqlimi kəskin kontinentaldır, şiddət və quraqlıq ilə xarakterizə olunur. Şaxtasız dövr orta hesabla 83 gün davam edir. Çayın axdığı böılgənin çoxu meşələrlə örtülüdür. Şaquli zonallıq səciyyəvidir. 500–1200 m yüksəklikdə çöl sahələri ilə növbələşən tozağacı və qaraşam meşə-çölləri üstünlük təşkil edir; şam və ağcaqovaq meşələrinə rast gəlinir.

Hidrologiya Çay əsasən yağışla qidalanır. Ağızdakı orta illik su axını 130 m³/s təşkil edir. Qolları Əsas qolları: Qaqra, Arqada, İna — sol; Ulyon — sağ. Tarixi Barquzin çay vadisi ehtimal ki, Buryatlar və Barqutlar tayfalarının məskunlaşdığı ənənəvi yerlərdən biri olmuşdur. Çayda öz adını bu tayfalardan almışdıСтатейнов А. П. Топонимика Сибири и Дальнего Востока. — Красноярск: Буква С, 2008. — С. 106.. “Barquzin-Tokum” adı ilə bir çox tarixi qeydlərə daxil oldu. Təsərrüfat əhəmiyyəti çayda gəmiçilik yalnız Qarqi çayının mənsəbinə qədər mümkündür (249 km). Daimi olaraqa isə Moqoyto körpüsünə (226 km) qədər müntəzəm olaraq nəqliyyat hərəkət edir. Çay boyunca ilk gəmi 1928-ci ilin yayında hərəkət etmişdir. Selenqa Dövlət Dəniz Gəmiçiliyinin "Barguzin" gəmisi 59 sərnişin və 5 ton yük daşımışdırПервый пароходный рейс по р. Баргузину // Бурят-Монгольская правда. Верхнеудинск. № 177 (1445). 4 августа 1928 года. стр. 4

Çay suları suvarma üçün istifadə olunur.

Çayın aşağıaxarlarında yerləşən kəndlərin sakinləri: Ust-Barquzin, Makarinino, Adamovo, Zorino; "nizovski" olaraq adlandırılır. Balıqçılıqla məşğul olurlarr. Barquzin vadisində, daha yüksəkdə yerləşən kəndlərin sakinləri əkinçiliklə məşğul olurdular. Onlara "Verxovskys" deyirdilərБашарин И. П. Русская промысловая культура Восточного Прибайкалья : (конец XIX-начало XX в.) / Ин-т монголоведения, буддологии и тибетологии СО РАН. — Улан-Удэ : Изд-во Бурят. науч. центра СО РАН, 2005, стр.17-18. Qalereya

İstinadlar

Kateqoriya:Rusiya çayları