Güllübulaq — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd.

Tarixi Güllübulaq kəndi 1988-ci ilə qədər, XIX əsrin sonlarında Qars əyalətinin Qars dairəsində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Güllübulaq kəndi də dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Güllübulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, s.127 qeyd edilmişdir.

Toponimi Toponim "güllü, çiçəkli" mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "güllü, çiçəkli bulaq yanında olan kənd" anlamını bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə hərfən tərcümə edilərək Vardaxbyur (Güllübulaq) qoyulmuşdur. Kənd Türkiyənin Qızıldaş kəndi ilə sərhəddə yerləşirdi. Güllübulaqda Koroğlu mağarası, Nigar dərəsi, Nəbi çayırı, və s. xalq qəhrəmanlarının adları ilə bağlı toponimlər var idi. Kəndəki tayfa adları da sırf türk mənşəli idi.

Təhsil Amasiya kəndləri arasında ilk və ən böyük məktəb məhz Güllübulaq kəndində tikilib. Ötən əsrin əvvəllərində isə bu kənddə ibtidai rus-tatar məktəbi fəaliyyət göstərib. Kənd əhalisinin çoxu bir müddət rus dilində təhsil alıb. Güllübulaq əməkdar və baş müəllimlərinin, orta məktəbi qızıl medalla bitirənlərin sayına görə də öndə gedən kəndlərdən olub. Rayon Partiya Komitəsində, Xalq Deputatları Sovetində, müxtəlif partiya və sovet orqanlarında yürsək vəzifələrdə çalışanlar, 1920–1930-cu illərdə Zaqafqaziyada yeganə olaraq Gümrüdə olan Sənaye Texnikumunu bitirənlər arasında Güllübulağın yetirmələri üstünlük təşkil edib. Kənddə yüksək təhsil almış 31 kərbəlayi, 17 məşədi, 10-dan çox hacı və axund olub. 1987-ci ilin hesablamalarına görə kənd əhalisinin sayı 3147 nəfər təşkil edib.

Əhalisi Güllübulaq kəndi ən böyük kəndlərdən biri olmuşdur. Kənddə ancaq türklər yaşamış, 1886-cı ildə 673 nəfər, 1914-cü ildə 1.137 nəfər azərbaycanlı olmuşdur. 1918–1920-ci illərdə isə erməni təcavüzü nəticəsində kənd dağıdılmış, əhalinin bir hissəsi qətlə yetirilmiş, qalan hissəsi isə Türkiyə ərazisində məskunlaşmışdır. 1988-ci ilə qədər kənddə 570-dən çox ailə var polmuşdur. Əhalisi 2875 nəfərdən artıq idi. Güllübulağın tarixi keşməkeşli olsa da, burada ziyalılar ordusu yetişmişdir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. İllərə və millətlərə görə kənd əhali məlumatlarıİllərAzərbaycanlılarErmənilər 1886 673 0 1914 1137 0 1979 ? 0 1988 2875 0 2008 0 922 2009 0 904 2010 0 926 2011 0 919

Şəxsiyyətləri Mirzə Allahverdiyev — kimya elmləri doktoru, professor, AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu laboratoriya müdiri. Əbülfət Əliyev Zakir oğlu — Tibb elmləri namizədi, pediatr — neonatoloq. Yusif Hümbətov — Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Abel Məhərrəmov — BDU-nun rektoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim. BDU-nun üzvi kimya kafedrasının müdiri Qəmbər Namazov — Fizika-riyaziyyat elmləri namizədi, Professor Qasım Mustafayev — Fizika-riyaziyyat elmləri namizədi. Nazim Mustafa — Prezident Kitabxanasının şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Malik Namazov — Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun Sistemli analizin riyazi məsələləri şöbəsinin kiçik elmi işçisi Vəli Vəliyev - Fizika elmləri doktoru, Professor, Gəncə Texnologiya Universitetinin laboratoriya müdiri

Həmçinin bax Azərbaycan Demokratik Respublikası İrəvan xanlığı Zəngəzur Ağbaba

Mənbə Azərbaycan tarixi Vaqif Arzumanlı, Nazim Mustafa, "Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq", AMEA-nın Milli Münasibətlər İnstitutu, Bakı, "Qartal", 1998. Ramil Tanriverdi: Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI — начале XIX в., Ленинград, 1949 Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969 Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963 Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898 Мамедов С.А., Азербайджан по источникам XV — первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852 Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989 Enikolopov İ. K., Qriboedov i Vostok, İrəvan 1954 Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831 Kemal Beydilli, 1828–1829. Osmanlı — Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T. T. K. konqresinde sunulan tebliğ, Ankara,1986 Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976 Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836 Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885 Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904 "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992 Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992 Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992 Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907 Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960 Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989 Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990 Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993 Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il. Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993 Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.

İstinadlar

Xarici keçidlər Съёмочная группа из Баку направилась в Армению / CBC TV Azerbaijan

Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri