Pyatras Tsvirka () — Litva yazıçısı. Litva ədəbiyyatında sosialist realizminin banilərindən biri.

Bioqrafiya Kəndli ailəsində doğulmuşdur. 1926-cı ildə Vilkiya şəhərində gimnaziyanı bitirdikdən sonra, Kaunass incəsənət məktəbində (1926-1930) oxumuşdur. 1928-ci ildə ilk kitabı çıxmış və müsadirə olunmuşdur. "Frank Kruk" (1-2 cild 1934), "Ana Torpaq"(1935), "Usta və oğulları" (1936)romanlarında, "Adi əhvalatlar" (1938) hekayə toplularında zəhmətkeşlərin ağır həyatı, inqilabi şüurun oyanması təsvir edilir."Intiqam əli" (1941), "İşğalçılar haqqında" povestlər (1943), "Palıd ağacının kökləri" (1945), "Qardaşlıq toxumu" (1947) "kitablarındakı hekayələrdə faşizimə qarşı mübarizə, xalqlar dostluğu tərənnüm olunur,müharibədən sonra Litva kəndlərində baş verən sosialist dəyişilikləri təsvir olunur. Tsvirka uşaqlar üçün də hekayələr yazmışdir.

Onun "Azərbaycanda" adlı iri publisistik əsəri var. Azərbaycan yazıçısı Osman Sarıvəllinin "Qırmızı qalstuk" oçerki Tsvirkaya həsr olunmuşdur.

Tsvirka Litva Yazıçılar İttifaqinin İdarə Heyətinin sədri (1945-ci ildən) olmuşdur. Vilnüs şəhərində abidəsi qoyulmuşdur.Azərbaycan Sovet Ensiklopediyası

İstinadlar

Kateqoriya:Litva dilində yazan yazıçılar Kateqoriya:Litva yazıçıları Kateqoriya:Litva şairləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:Rus dilindən tərcümə edənlər