Sendford Fleminq (; ) — Kanadanın dəmiryol şəbəkəsini yaratmış mühəndis.
Həyatı Sendford Fleminq 7 yanvar 1827-ci ildə Şotlandiyada anadan olub. 14 yaşında topoqrafın köməkçisi kimi işləyib. 18 yaşında qardaşı ilə birgə Kanadaya köçür. Bir çox böyük şəhərləri gəzdikdən sonra, nəhayət Piterboroya yerləşirlər.
Sendford Fleminq 1849-cu ildə Kanadada universitetə daxil olur.
Sendford Fleminq 1851-ci ildə "Üçqəpiklik bəbir" ilk Kanada markasını yaradır.
Fleminq topoqraf kimi çalışırdı. 1855-ci ildə ona Şimali Kanada Dəmir Yolunun aparıcı mühəndisi vəzifəsi verilir. Bu müddət ərzində o, aktiv şəkildə dəmir körpüləri təbliğ edirdi.
Sendford Fleminq 1863-cü ildən Yeni Şotlandiyanın baş topoqrafı kimi çalışmağa başlayır.
Nəhayət, 1862-ci ildə ona yeni transkontinental dəmir yolu qurmaq işi tapşırılır. Beləliklə, Fleminq adını tarixə dəmiryolu şəbəkəsinin qurucusu kimi də salır.
1876-cı ildə Fleminq İrlandiya vağzalında qatara gecikdiyinə görə Yer kürəsini saat qurşaqlarına bölmək ideyasını irəli sürüb. Məhz onun ideyası sayəsində saat qurşaqları meydana gəlib. Onun gecikməsinin səbəbi isə Fleminqin məsuliyyətsizliyi deyil, vağzalın özünə aid olan lokal vaxtla işləməsi olub.
XIX əsrin sonlarına kimi "ümumdünya vaxtı" anlayışı olmadığından bu kimi problemlərə tez-tez rast gəlinirdi. Qloballaşan və sənaye cəhətdən inkişaf edən dünyada Yer kürəsinin ayrı-ayrı bölgələrində vaxtın vahid şəklə salınması artıq zərurətə çevrilmişdi. Bu haqda təşəbbüsün ilk müəllifi Saratoqa məktəbinin direktoru Çarlz Daud olub, mühəndis Sendford isə böyük həvəslə onun bu ideyasına dəstək verib. Məhz həmin gecikmədən sonra o, bu ideya üzərində səylə çalışaraq daha ciddi təkliflər verməyə başlayıb. Onun bu fəaliyyəti sayəsində Yer kürəsi saat qurşaqlarına bölünüb.
Sendford Fleminq 22 iyul 1915-ci ildə vəfat edib.
İstinadlar
Xarici keçidlər
sandfordfleming.ca: Sources Heritage Minutes: Sir Sandford Fleming Ontario Historical Plaques Biography from Sir Sandford Fleming College website Reverend Shirra and Sir Sandford Fleming Plaque in Kirkcaldy Sir Sandford Fleming circa 1885 Sir Sandford Fleming in 1903 The Canadian Encyclopedia, Sir Sandford Fleming
Kateqoriya:Poçt markası dizaynerləri Kateqoriya:Şotlandiya ixtiraçıları Kateqoriya:Biçvud qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Presviterianlar Kateqoriya:İxtiraçılar