İslam tarixçiliyinin təşəkkül prosesi — İslam tarixinin təşəkkülü, quranın nazil olması və hədislərin tərtibi ilə yanaşı digər islam elmlərinin yazılışı ilə birlikdə başlayır. Müsəlmanlar islam tarixi, mədəniyyət tarixi, dinlər və məzhəblər tarixi, təfsir tarixi, düşüncə tarixi və sənət tarixi kimi tarix elmləri vasitəsilə tarixçiliyin inkişafında və təkmilləşməsində mühüm rol oynayıblar.

İslam peyğəmbəri Məhəmməd Miladi 570 və ya 571-ci ildə, o vaxtlar "Ümmül-Qura (kəndlərin beşiyi) deyə adlandırılan Məkkədə doğuldu. Məkkə əlbəttə Allahın yerüzündəki mələklərinin paytaxtı, inananların dəstə-dəstə ziyarətə gəldikləri, həcc etdikləri Allahın Beytinin, müsəlmanların qibləgahının yerləşdiyi yer olması səbəbi ilə belə adlandırılmışdır.

Quranda tarix Miladi tarixlə 610-cu ildə Məkkədə, oxumağı əmredən və kəlamı tərifləyən ilk vəhylə "İslam Çağrısı", Hz. Məhəmməd (s.ə.a.s) in Peyğəmbərliyi dövrü başlandı. İslam inqilabın qaynağı olan quran, ancaq İslam əqaid və ibadət əsaslarını ortaya qoymaqla qalmadı, ümumi olaraq bəşər tarixindən dəlillər gətirdi; bu doğrulama və şahidləndirmə hadisəsində yaradılış, dinlər, hökmdarlar, nəbilər və əvvəlki qövmlərin qissələri, bir-biriləri ilə olan əlaqələri yer aldı. Quran təməldə İslam təlimindən bəhs edərkən əvvəlki millətlərin və hökmdarların inanc, əxlaq, sosiaal və iqtisadi vəziyyətləri haqqında məlumat verdi, daha sonra araşdırmasını kainatın əhvalı ilə doğrudan əlaqəli olaraq müxtəlif insan qruplarının öz ölkələrindəki vəziyyətləri üzərində sıxlaşdırdı. Əslində Quran, tarixdə insanoğlunun yaşadığı hadisələri təqdim edərkən insana dünya həyatını yaşama tərzini öyrədir, yaxşı və pisdən birini seçməklə baş-başa buraxır.

Quranın insanlığa təqdim etdiyi ilahi çağrışın surə və ayələrindəki təməl həqiqətlərdən biri "tarix hadisəsi"dir. Bu hadisələr Quranda dəyişik şəkillər alır və böyük bir davamlılıq içərisində gəzər və insan qruplarının irəliləyişi parelellik göstərir. Bütün bunlarda insanın dəyişkənliyi və aldığı müxtəlif rəftarlar gözün qabağına gətirilir. Bu tərəfləri ilə tarixi hadisələr Quranın əhəmiyyətli hissəsini düzəldir.

Quranın bu tarix anlayışı, əsas etibarilə, insan təbiətinin dərinləşmənin başa düşülməsi üçün qurulmuşdur. Bu baxımından Quranda təqdim edilən tarix görünüşü həyatın həqiqətləri ilə uyğun haldadır. Yəni Quranın tarix anlayışı, insanın tarixdəki fərdi və ictimai xüsusiyyətinin üzərinə qurumuşdur.

Eyni şəkildə Quran, insanlığın qədim dövlərinə aid çoxlu hadisələrdən söhbət gedir və geniş məlumat verir. Beləliklə Quran, bir tərəfdən insana tarixi öyrədir və bir tərəfdəndə hadisələrdən ibrət alınmasını saxlayır. Quranda zikredilən tarixi hadisələri səbəb və nəticələri ilə birlikdə başa düşmək və onlara hökm edən "İlahi Sünnəti" kəşfetmək insandan istənilən ən əhəmiyyətli xüsus olmaqdadır.

Ona görə də bu səbəblərdəndir ki, Qurani-Kərim, İslamın və onun tarixinin təməl qaynağıdır; üzərində geniş olaraq durmaq, onun məzmununu yaxşı bilmək həm insanlıq tarixini həm də İslam tarxini asanlıqla başa düşməyinizi təmin edəcəkdir.

Hədislərdə tarix İslamın ilk təmsilçilərinin tarix elminin inkşafı üçün göstərdikləri səy nəticəsində bu elmin müsəlmanlar arasında ən yaxşı şəkildə bilməyə kömək etdi. İlk müsəlmanlar, həyatın hər tərəfi ilə bağlı məsələlərdə tarix azuqəsini toplamağa çalışdılar; o dövrün dövlət adamları və tanınmış insanları haqqında məlumat əldə etdilər. Rəvayətlərin və onlara dayanan hadisələrin mütləq görən şahidlərinə istinad etməsini istədilər. Tarix elminə qərbdə və şərqdə çox əhəmiyyət verirdilər. Nəticədə tarix elmi, ilk müsəlmanların köməyi ilə, həqiqətlərin qaynağı olduğu kimi, bu yeni tarix metodu da müsəlmanların tarixi hadisələri araşdırma və öyrətmə metodu oldu.

Beləliklə müsəlmanlar, Hz. Peyğəmbər dövründən etibarən tarixə əhəmiyyət verdilər. Tarix elmi zamanla inkişaf etdi və uyğunlaşdı. Hz. Peyğəmbərin sözlərini, feillərini və haqqında bildiklərini əshab ayrı-ayrı səhifələrdə tədvin etdilər, bilib topladıqlarını öyrətdilər. Nəticədə İslam elmlərinin tədvin, təsnif və tərtibi hadisəsi başladı. Müsəlmanlar çox sağlam təməllər üzərində dinlərin əsaslarını aşkar etdilər. İslamın pozulmadan və dəyişmədən bu günə qədər gəlməsinə nail oldular. Aralarında çıxan fikir ayrılığlarını Kitab və Sünnət işığında həll etdilər. Dini vəsiqələr ən sağlam vəsiqələr olduğundan, gərək din gərəksə İslamın ilk illərində meydana gələn hadisələr, İslamın və Müsəlman xalqının ilk günləri bu dini-tarixi vəsiqələr üzərində tərəfsiz olmağı ilə ortaya qoyulmağa çalışıldı.

Bir tərəfdən səhabələr Hz. Peyğəmbərdən eşitdikləri və bildikləri hədisləri səhifələr və ya kitabcıqlar tədvin etdilər. Mustafa Əl-Uzma, açığca hədis tədvinində olduğları bilinən səhabələrin sayının ən az 50 olduğunu bildirirkən, Bəlazuriyə çatan bir xəbərə görə isə səhabələr içərisində oxuyan-yazanların ancaq 17 adam olduğu deyilir. Hammamın rəvayət etdiyi Əbu Hüreyrə səhifəsi, Ənəs ibn Malik səhifəsi də belədir. Sad ibn Ubadə, Cabir ibn Abdullah da hədis səhifəsinə sahibdirlər. Ancaq, Hz. Peyğəmbərin sağlığında hədis tədvin edən Amr ibn Hazm Əl-Ənsari, Ənəs ibn Malik, Abdullah ibn Amr ibn As kimi səhabələr hədisləri bölümlərə ayırmadılar. Hz. Peyğəmbərin danışdığı zamana və illərə görə təsnif etmədilər.

İslam tarixçiliyinin təşəkkülündə, siyər, məğazi, təbaqat və təracim növündən İslam tarixi qaynaqlarının da hədis tədvinin payı çox böyükdür. Eyni şəkildə ravilərin və xəbərlərə əsas təşkil edən rəvayətlərin "Kutubu-Sittə" və digər əhəmiyyətli hədis kitablarının köməyi böyük oldu. Hədis rəvayətləri mətn və sənət tərəfindən araşdırılmasına, ravilərin vəziyyətini izah etməyə əhəmiyyət vermələri ilk İslam tarixi verilənlərinin, siyər və məğazi kitablarının sağlam və inanılan təməllərə dayanmasına kömək oldu.

İslam tarixçiliyinin qaynaqları İslamın, Quranın açıqlaması mövzusunda "Sünnət" bu şəkildə zəbt edildi. Hədis məlumatlarının inanılacaq rəvayətlərlə araşdırıran Sünnət, Quranı da təvatür yolu ilə biməyimizi başa saldı, yəni rəvayətçilik kitabullahın təməllərindən biri oldu. Hədis kitabları, İslam tarixinin qaynağları arasında, Qurandan sonra 2-ci sıra da yer aldı.

Tarixi qaynaqlar, hansı növdən olursa olsun, şifahi və ya yazılı bəzi maddələrdən hazırlanır. Tarixə aid məlumatları verən bu maddələrə tarixin qaynağı deyilir. Tarixlə, yeni mövzuların və insanların çoxlu yaşayış şəkilləri və davranışlarımıza görə yaşadığımız zamanla qalan müşahidələrimizə dayanan az bir bölümü kənarında, Ümumiyyətlə başqalarının bildirdiklərinə dayanır. Yenə də keçmişdəki hadisələri yazılı və şifahi olaraq öyrənirik. Başqa bir sözlə, başlanğıcdan bu tərəfə yazılı olaraq deyilən xəbərlər, kitabələr, şəcərələr, təqvimlər və hal tərcümələri, səyahətnamələr tarixin yazılı qaynağını; özünün və ya başqalarının başından keçənləri mənzum və ya mənsur hekayələr tərzində nəqledənlərin rəvayətləri, tanınmış şəxslərin ağızdan-ağıza keçən qissələri, dastanları, lətifələr və fıkraları da şifahi tarix qaynaqlarını əmələ gətirir.

Tarixi tədqiq etməyin ən əhəmiyyətli tərəflərindən birisi bu yazılı və şifahi qaynaqların ən yaxşı şəkildə dəyərləndirilməsidir, ilk əvvəl qaynaq seçimi, sonra fikir bildirmək və dəyərləndirmə, daha sonra da əldə edilən bilikləri qarşlılaşdırılması və doğruluğlarının araşdırılması lazımdır. Ancaq belə bir metod təqib edildiyi təqdirdə tarixin qaynaqları, xurafələrdən və tarix elmi də xurafəçiliydən və təhrifçiliydən qurtula biləcəyi kimi, tarixçiliydə obyektivlik təməl ilki də qurulmuş olacaqdır.

Tarix çalışmalarının çoxlu səbəblərə tərəf olduğunu daha əvvəl bildirmişdik; araşdırmaq marağı və bilmə istəyi ilə tarix çalışması edildiyi kimi, hər millətin və dövlətin siyasi, idari və əsgər tarixini, maddə və məna sahəsində göstərdiyi iləriləyişlər ya da hər hansı bir millətin milli tarixini, ictimai, iqtisadi və mədəniyyət dəyərlərini əsil tərəfləri ilə ortaya qoymaq və yeni yerlərə tanışdırmaq vəzifəsi ilə də tarix yazılır. Bununla birlikdə, imperalist və ya ideolojik əməllərlə, siyasi nüfuz və idari hakimiyyət vəzifəsiylə ya da saxta tarixçilik etmək üçün tarix yazanlar da vardır. Bu vəziyyətdə, yazılış vəzifə və ya ölkəsinə bağlı olaraq tarixin materialı deyişiklik göstərir.

Lakin tarixi araşdıran, həqiqətdə, incələmə və araşdırmasını, öz siyasi və milli meyillərinin, ideolojik yarqılarının kənarında saxlayan, tarixçilik adına tarix yazan bir insandır.

Siyər və məğazi İslam dünyasında tarix yazıçılığının inkişafında Rəsuli-Əkrəmin həyatını ələ alan siyər və məğazi çalışmalarının istisnai bir yeri vardır. Bunlar arasında Said b. Sad b. Ubadə əl-Həzrəci, Səhl b. Əbu Həsmə əl-Ənsari, Said b. Müsəyyəb, Ubeydullah b. Kab əl-Ənsari və Şabi kimi yazılı səhifələrdəki xəbərləri daha sonrakı qaynaqlarda yer alan adamlar tapılmaqdadır. Bu vəziyyətdə başda bibisi Hz. Aişə olmaq üzərə bəzi səhabələrdən aldığı hədisleri rəvayət edən Ürvə b. Zübeyr ilə çoxlu qaynaqlardan topladığı hədis və xəbərləri bir yerə gətirən İbn Şihab əz-Zühri, zamanımıza fərqli qaynaqlar içərisində çatan İslam tarixçiliyinin ilk nümunələri olan bu mətinləri, üslubunun sağlamlığı yanında uzaq bir şəkildə qələmə almaq surəti ilə siyər ve məğazi yazıçılığını yeni bir səhifəyə intiqal etdirmişlərdi. Musa b. Uqbənin Kitabul-Məğazisi günümüze bütünlüklə intiqal etməmiş olmaqla birlikdə xəbərləri bəzi qaynaqlardan toplanmaq sürəti ilə, Mamer b. Raşidin əl-Məğazin-nəbəviyyəsi, Əbdürrəzzaq əs-Sənaninin əl-Muṣənnəfi içərisinde zamanımıza çatmış və müstəqil olaraq da çıxmışdır. Zührinin üçüncü tələbəsi İbn İshaqın Siyəri tarix yazıçılığında böyük izlər buraxmışdır. İbn Sad, başında siyər mövzusunun yer aldığı Kitabuṭ-Ṭəbəqatı ilə bu sahənin ana qaynaqlarının tamamlandığı bilinməkdədir.

İbn Sad 160 (777) ilində Bəsrədə doğuldu. Babası və ya dədəsi Hz. Abbas ailəsinin âzatlısı olduğu üçün Mövla Bəni Haşim deyə və ya Qureyşi nisbəsiylə tanınırdı. Bəzı qaynaqlarda Qüreyşin Bəni Zöhrə qoluna mənsubiyyətindən ötrü Zöhri də deyilməkdə, ancaq belə bir nisbətin ümumiyyətlə ailəsinin Beni Haşimin mövlası olduğunun bilinməsindən sonra zikredilməsi doğruluğunu şüphəyə salmışdı.

İbn Sadın ən məşhur əsəri Kitabuṭ-Ṭabaqatil-kəbiridir. Qaynaqlarda əṭ-Ṭabəqatul-kəbir adı ilə da başa düşülən əsərin ilk nəşri bu adla Ərəb və İslam dünyasında geniş bir şəkildə istifadə edilən İhsan Abbas nəşri isə əṭ-Ṭabaqatul-kubra adı ilə düzəlmişdir. İbn Sadın, tabaqat kitablarının birincisi və zamanımıza intikal edənlərin ən köhnəsi olan bu əsəri, əsas itibariyle siyər-məğazi və tabakat ana bölümlərindən meydana gəlməktədir.

Mövzusu doğrudan doğruya Rəsul-i Əkrəmi başa salmaq olan və onun bəzi tərəfindən ələ alan elm qolları hədis, siyər və məğazi, şəmail və dəlail olaraq sıralanır. Bunlardan Hz. Peyğəmbərin bəşər tərəfini məsələ eliyən, yaşayışını və şəxsi həyatını başa salan elm mövzusuna şəmail adı verilmişdir. Muhaddis Tirmizî (ö. 279/892) ilk dəfə şəmail termini bu mənada istifadə edərək Kitabüş-Şəmail adlı əsərini yazmış, bir çox alim bu kitabın şərhlərini etmək surəti ilə mövzusunda ətrafında geniş bir ədəbiyyatının yaranmasını və başqa əsərlərin yazılmasını kömək etmişdilər. Əvvəllər vacib bir mərkəz olan Mədinənin hədis və siyərə, Misirin ənsab və əyyama, Şamın Əməvi tarixinə təmayülü olduğu, Yəmənin bölgə tarixi yanında İsrailiyat rəvayətlərinə ağırlıq verdiyi, digər vacib iki mərkəzdən Kufənin Əməvilərə qarşı rəvayətləri və anlayışı əvvələ çıxardığı, Bəsrə alimlərinin Mədinə və Yəməndəki inkişafdan təsirlənən muhəddislərin anlayışına daha yaxın tapıldığı və Əməvilərə qarşı daha mülayim rəftar edildiyi qəbul edilməkdədir.

Ümumi və xüsusi tarixlər