Dolidze Semyon Vissarionoviç () — gürcü rejissoru, ssenarist. SSRİ xalq artisti (1965).Большая советская энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 8. Дебитор — Евкалипт. 1972. 592 стр., илл.: 22 л. илл. и карт. 1 карта-вкл. SSRİ Dövlət mükafatı laureatı (1950). 1925-ci ildə Tbilisi Universitetinin tarix-filologiya fakültəsini bitirmişdir. Gürcüstan Dövlət Kino Sənayesi Birliyində kinoxronika şöbəsi yaratmış və ona rəhbərlik etmişdir. 1957–76-cı illərdə Gürcüstan Kinematoqrafçılar İttifaqının sədri işləmişdir. 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Gürcüstan SSR-nin 4-cü çağırış deputatı.
Kinoda ilk işi qısametrajlı "Torpağa həmlə" (1929) sənədli filmi olmuşdur. "Mənim nənəm" (1929, G. D. Mdivani və K. A. Mikaberidze ilə birgə) filminin ssenarisinin yaradılmasında iştirak etmişdir.1932-ci ildə "Uçqunlar ölkəsində" (ssenari müəllifi Dolidze) filmini çəkmişdir. Ən yaxşı filmləri: "Axırıncı səlibçilər" (1934), "Dariko" (1937), "Curpayın qalxanı" (1941, D. Rondeli ilə birgə), "Cırcırama" (1954), "Eterinin mahnısı" (1957), "Fatimə" (1959), "Sonuncu və birinci gün" (1960), "Paliastomi" (1963), "Keçmişlə görüş" (1967, ssenari müəllifi Dolidze) "Şəhər erkən oyanır" (1968), "Semiramidanın bağları" (1971), "Sübh çağı qaçış" (1975) və s.
1980-ci ildə Dolidze "O insandırmı?" (İ. Çavçavadzenin əsəri üzrə, K. S. Dolidze ilə), 1983-cü ildə "Kukaraça" (N. V. Dumbadzenin əsəri üzrə, K. S. Dolidze ilə birlikdə, Ümumittifaq kinofestivalının mükafatı) filmlərini çəkmişdir. "Qartal yuvası" (1947) pyesinin, həmçinin hekayə və şeirlərin müəllifidir.
1983-cü ilin 17 iyulunda Tbilisi şəhərəndə dünyasını dəyişmiş (digər mənbələrə görə — 17 iyun). Didube panteonunda dəfn edilmiş.
Mükafatları Gürcüstan SSR-nin əməkdar incəsənət xadimi (1941); Şimali Osetiyanın əməkdar incəsənət xadimi; Gürcüstan SSR-nın əməkdar artisti (1958); SSRİ xalq artisti (1965); Birinci dərəcəli Stalin mükafatı (1950) — "Curpayın qalxanı" filminə görə (1944); 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni (01.02.1939; 1950); "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı.
Mənbə
Xarici keçidlər
https://web.archive.org/web/20070316054151/http://mediateka.km.ru/cinema_2001/Encyclop.asp?Topic=topic_segida_p1618 Семён Долидзе на сайте Кино-Театр. Ру
İstinadlar Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Gürcüstan SSR əməkdar incəsənət xadimləri