Ust-Cequtinski rayonu (, , , ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Ust-Cequta şəhəridir. Coğrafiyası Qaraçay rayonu Qaraçay-Çərkəz Respublikasının şimal-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:qərbdə Abazin rayonu, cənubda Qaraçay rayonu, şərqdə Maloqaraçayevsk rayonu, şimal-şərqdə Stavropol diyarı, cənub-qərbdə Xabez rayonu, şimalda Prikuban rayonu. Rayonun ərazisi 890,15 km²-dir (2010-cu ildən bəri).

Tarixi Ust-Cequtinski rayonu 23 yanvar 1935-ci il tarixli Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə təşkil edilir. 1943-cü ildə Qaraçay Muxtar Vilayətinin ləğvi və qaraçayların sürgün edilməsi ilə əlaqədar Ust-Cequtinski rayonu, bütün yaşayış məntəqələri ilə birlikdə Stavropol diyarına birləşdirilir.

12 yanvar 1957-ci ildə Çərkəz Muxtar Vilayəti Stavropol diyarının bir hissəsi olaraq Qaraçay-Çərkəz Muxtar Vilayətinə çevrildi. Bu zaman Stavropol diyarının Zelençuk, Qaraçay və Ust-Cequtinski rayonları muxtar vilayətə birləşdiridi.

1 fevral 1963-cü ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Şurası Rəyasət Heyətinin qərarı ilə Ust-Cequtinski rayonu ləğv edildi.

RSFSR Ali Sovetinin Rəyasət Heyətinin 1 fevral 1963-cü il tarixli qərarı ilə Stavropol diyarının Qaraçay-Çərkəz Muxtar Vilayətində Prikubanski kənd rayonu yaradıldı. 1 fevral 1963-cü ildən etibarən Prikubanski kənd rayonunun mərkəzi Ust-Cequtinski aulu olmuşdur. Ləğv edilmiş Ust-Cequtinski rayonunun Cequtinski və Ust-Cequtinski kənd sovetlikləri Prikubanski kənd rayonuna verilir.

23 mart 1977-ci ildə RSFSR Ali Şurası Rəyasət Heyətinin Fərmanı ilə mərkəzi Ust-Cequta şəhəri olan Ust-Cequtinski rayonu yenidən təsis edilmişdir. Əhali Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə əhalinin sayı belə olacaqdır: 2024 — 52,1 min nəf. 2035 — 52,41 min nəf. Urbanizasiya Şəhər şəraitində (Ust-Cequta şəhəri) rayon əhalisinin 60,75 % yaşayır. Milli tərkib Xalq2002Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip , см. прим. ) 2010qaraçaylılar 31 697 (60,7 %) 34 938 (69,31 %)ruslar 12 804 (24,5 %) 11 047 (21,92 %)abazinlər 4 666 (8,9 %) 2 252 (4,47 %)Çərkəzlər 669 (1,3 %) 438 (0,87 %)qaraçılar 281 (0,5 %) 340 (0,67 %)tatarlar 326 (0,6 %) 235 (0,47 %)ukraynalılar 241 (0,5 %) 121 (0,24 %)türklər 57 (0,1 %) 98 (0,19 %)noqaylar 116 (0,2 %) 76 (0,15 %)osetinlər 95 (0,2 %) 74 (0,15 %)ləzgilər 126 (0,2 %) 74 (0,15 %)ermənilər 107 (0,2 %) 71 (0,14 %)gürcülər 86 (0,2 %) 70 (0,14 %)azərbaycanlılar 100 (0,2 %) 61 (0,12 %)çeçenlər 167 (0,3 %) 58 (0,12 %)milliyyətini bildirməyənlər 658 (1,3 %) 454 (0,90 %) 1959-cu il siyahıyaalınmasına görə Qaraçay-Çərkəz Muxtar Vilayətinin Ust-Cequtinski rayonunda qaraçaylılar 46.9 %, ruslar - 41.8 %, abazinlər - 7.5 % təşkil etmişdir

Mənbə Официальный сайт администрации Усть-Джегутинского муниципального района Официальный сайт Карачаево-Черкесской Республики Административно-территориальное деление КЧР Справочник почтовых индексов / кодов ОКАТО / налоговых инспекций ФНС / адресов İstinadlar

Kateqoriya:Qaraçay-Çerkesiya rayonları Kateqoriya:1957-ci ildə yaranmış dövlətlər və ərazilər