Saqopşi () — İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd.
Coğrafiya Kənd Alxançurt dərəsində, Sunjenski silsiləsinin şimal yamacında, Malqobek şəhərinin rayon mərkəzindən cənubda və Maqas şəhərindən 60 km şimal-qərbdə yerləşir.
Ən yaxın yaşayış məntəqələri: şimalda — Malqobek şəhəri, şimal-şərqdə — Yujnoye kəndi, şərqdə — Zyazikov-Yurt, cənub-şərqdə — Aşağı Açaluk və cənub-qərbdə — Psedax və İnarki kəndləri.rar. Объём 8 МБ.
Ən yaxın qatar stansiyaları bir-birindən eyni uzaqlıqda olan Nazran, Terek və Şimali Osetiyanın şəhəri Mozdokda yerləşir.
İqlimi Bölgənin iqlimi mülayimdir. Orta temperatur +11 ° C-dir. Ən isti ay avqust (24 ° C), ən soyuq ay yanvar (-6 ° C)-dır. Orta yağıntının miqdarı ildə 893 millimetrdir. İyul ayında 134 millimetr yağıntı düşsə də, avqustun sonuna doğru isə sadəcə 36 millimetr yağıntı düşür.
Tarixi 1863-cü ildə o vaxtkı Kiçik Kabarda dağlıq ərazisindəki Psiqobja çayında, bir-birindən təxminən 3 km məsafədə iki yeni yaşayış məntəqəsi meydana gəldiСПРАВКА "К вопросу о границах Республики Ингушетия с Чеченской Республикой" Назрань, 2012г.- Eldarxan-qala kəndlərindən köçənlərin məskunlaşdığı Sokalo Bokova aulu (Yuxarı Saqopş) və əsasən Tarskaya vadisindən (Abrekovo kəndi) gələn köçkünlər tərəfindən məskunlaşılan Alamkaç Qataqacev (Nijni Saqopş).Марьям Яндиева, Адам Мальсагов, "Ингушетия и ингуши", Москва, 1999г.
1865-ci ildə sakinlərinin Türkiyəyə köçməsi səbəbi ilə Tsokalo Bokov kəndi boş idi və tezliklə yurdları digər orsthoylar tərəfindən məskən seçildi, kəndə yeni bir ad verildi — Yeni Ax-Barzoy.Иванов М.А., "В горах между рр. Фортангой и Аргуном", 1902г.
1874-cü ildə məcburi köçürülmə və iki yaşayış məntəqəsinin birləşməsi nəticəsində müasir Saqopşi kəndi meydana gəldi.Рапорт. Начальник Владикавказского округа, отдел 1-й, 18 июля 1872 года, № 4228, г.Владикавказ Начальнику Терской области.
1944-cü ildən 1957-ci ilədək olan müddətdə, çeçenlərin və inquşların sürgün edilməsi və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi zamanı kənd Noqtsard adlandırıldı və Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil edildi.В Президиум Верховного Совета РСФСР. Президиум Верховного Совета Северо-Осетинской АССР просит утвердить его постановление о переименовании населённых пунктов в новых районах, вошедших в состав Северо-Осетинской АССР… (см. документ № 99) 1958-ci ildə kənd əvvəlki adı — Saqopşi qaytarıldı.
Əhali
Milli tərkib Əhalinin %98.93-ü inquşlar təşkil edir.:
Tanınmış şəxslər Əhməd Xamiyeviç Bokov — İnquş yazıçı və dramaturqudur.
Qardanov Torko-Hacı — XX əsrin əvvəllərində İnquşetiya Saqopşi və Qadiy kəndlərinin imamı. 1917–1923-cü illər vətəndaş müharibəsi qəhrəmanı.Боков А. Торко-Хаджи Гарданов // Грозненский рабочий. 1988. 5 ноября. Стр. 3..
Həmçinin bax Psedax
İstinadlar