Ceyranpınar () — Türkiyənin Şanlıurfa ilində rayon və şəhər. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Rəsulayn şəhərinə çevrilmişdir.

İqtisadiyyat Ceyranpınar rayonunda Türkiyənin ən böyük dövlət istehsal ferması olan Kənd Təsərrüfatı Müəssisələri Ümumi Müdirliyi (KTMÜ) yerləşir. KTMÜ işçilərinin çoxu rayon xalqından təşkil olunmuşdur, ancaq nadir olsa da Türkiyənin qərbindən gələn məmurlar da var. Burada heyvandarlığa əlavə olaraq, buğda, pambıq, noxud, mərcimək, günəbaxan və qarğıdalı becərilir. Bu məhsullar daha çox Türkiyənin qərbinə göndərilərək orada emal olunur və rayona hər hansı bir iqtisadi xeyri yoxdur. KTMÜ daxilində təxminən 1.500 ceyran var.

Əhali İl Ümumi 1985 38.757 25.781 12.976 1990 49.555 33.238 16.317 2000 67.817 44.258 23.559 2007 69.571 43.890 25.681 2008 71.272 43.718 27.554 2009 72.749 44.626 28.123 2010 73.305 44.726 28.579 2011 76.084 46.713 29.371 2012 77.981 48.050 29.931 2013 78.814 78.814 2014 80.706 80.706 2015 83.177 83.177 2016 84.727 84.727 <noinclude>

Nəqliyyat Ceyranpınar rayonunda yerli bələdiyyəyə aid avtobus firmaları və hər saat Şanlıurfaya hərəkət edən mikroavtobuslar xidmət göstərir. Rayon ərazisində dəmiryolu nəqliyyatı da mövcuddur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Şanlıurfa ilinin ilçələri Kateqoriya:Türkiyənin Əhəmiyyətli Quş Bölgələri