Qızılcıq və ya İşxanasar () - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 7 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.132.
Toponim torpağın rəngini bildirən qırmızı mənasında işlənən qızıl sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir.
Əhalisi Kənddə 1873-cü ildə 165 nəfər, 1886-cı ildə 287 nəfər, 1897-ci ildə 407 nəfər, 1908-ci ildə 450 nəfər, 1914-cü ildə 441 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство «Мелконян фонд», 1932, с. 76-77, 146-147.
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz yurdlarına dönə bilmişdir.
Burada 1922-ci ildə 189 nəfər, 1926-cı ildə 122 nəfər, 1931-ci ildə 292 nəfərКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 76-77, 146-147, 1987-ci ildə 466 nəfərErmənistan azərbaycanlılarının tarixi coğrafiyası . Bakı: "Gənclik" nəşriyyatı, 1995, s. 184-185 azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi kənddə ermənilər yaşayır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Zəngəzur kəndləri