Akkuşa çayı (həmçinin Aquşa və ya Bala Kür) — Azərbaycanın Salyan şəhəri yaxınlığında Kür çayından ayrılan qol. Uzunluğu 63 km-dir.

Keçmişdə Bala Kür çayı Qızılağac körfəzinin bir hissəsi olmuş Xurşudçalaya tökülürdü. Sonralar Kürün səviyyəsi aşağı düşdüyündən bu çaya su axmamışdır. Hazırda Bala kür çayının yatağına nasosla su vurub, ondan suvarma kanalı kimi istifadə edilir.

İstinadlar

Mənbə Azərbaycan çayları

Kateqoriya:Azərbaycan çayları