Sergey Semak (, 27 fevral 1976, Sıçanske, Luqansk vilayəti, Ukrayna SSR) — rus futbolçu və məşqçi. 29 may 2018-ci ildən Zenit klubunun baş məşqçisi.

Klub karyerası Sergey Semak Luqanskdakı idman məktəbini bitirdikdən sonra bir müddət Presnya və Kareliya klublarında çıxış edir. Rusiya yüksək liqasında ilk oyununu 1993-cü ildə 17 yaş 253 günündə Asmaralın tərkibində Jemçujina klubuna qarşı keçirir və qol vurur. O həm də Asmaralın ikinci komandasında da çıxış edirdi.

1994-cü ildə Semak Moskva təmsilçisi ÇSKA-ya transfer olur. Futbolçu karyerasının 10 ilini bu klubda keçirir. İlk dəfə Kuboklar Kuboku yarışında Ferensvoraşla qarşılaşmada meydana çıxır. Sergey Semak paytaxt klubunda çıxış zamanı bir neçə dəfə başqa bir kluba keçmək istəsədə bu baş tutmur. Onu heyətində görmək istəyən komandalar arasında ölkə daxilində Dinamo, Torpeda ilə yanaşı Feyenord, Real Ovyedo kimi xarici klublar var idi.

thumb|right|180px|Sergey Semak futbolçu olduğu zaman

2003-cü ildə Semak ÇSKA ilə birlikdə ilk dəfə Rusiya çempionu olur. Bundan başqa o daha bir dəfə Rusiya kuboku və Rusiya superkubokuna sahib çıxır.

2005-ci ildə Semak legioner həyatı sürməyə başlayır. Paris Sent-Jermen rus futbolçunu transfer edir. O Parisdə yalnız 1 mövsüm qalır. Bu müddətdə 26 oyun keçirir və 1 qol vurur.

2006–2007 mövsümünü Moskvada keçirən Sergey Semak 2008-ci ilin yanvarında qış fasiləsi zamanı Kazan Rubininə keçir. 2 il sonra 2010-cu ildə Zenit müqavilə bağlayır Bu klubda da daha 3 il çıxış edən futbolçu 2013-cü ildə futbolçu karyerasını bitirir.

Milli komanda karyerası Sergey Semak 1993-cü ildən müxtəlif yaşlar üzrə milli komandalarda çıxış etməyə başlayır. 1994-cü ildə 18 yaşlılar arasında keçirilən Avropa çempionatında Rusiya millisi tərkibində beşinci olur.

Semak əsas millidə ilk qarşılaşmasını 15 noyabr 1997-ci ildə 1998-ci il Dünya çempionatının secmə mərhələsi çərçivəsində play-off oyununda İtaliya qarşı keçirir. İlk qolunu isə 6 iyul 2001-ci ildə Lüksemburqa vurur. 20 avqust 2003-cü ildə İsraillə keçirilən oyundan sonra 2 il milliyə çağrılmır və bir daha 2005-ci ildə Almaniya ilə maçda meydana daxil olur. Daha iki illik aradan sonra 2008-ci ildə yenidən milliyə qayıdaraq komandasını Qazaxıstanla qarşılaşmaya kapitan kimi çıxarır.

2008-ci ildə Avstriya və İsveçrədə baş tutan futbol üzrə Avropa çempionatı Rusiya millisi üçün uğurlu olur. Semak seçmə mərhələdə oynamasada turnirə komandanın kapitanı kimi gedir. ZMilli yarışmanın əsas sensasiyalarından birini həyata keçirərək yarımfinala qədər irəlləyir və bu mərhələdə İspaniyaya uduzaraq Türkiyə ilə birlikdə üçüncü olaraq bürünc medalları qazanır. Semak 1/4 final çərçivəsində Niderlandı məğlub etdikləri oyunda millidə 50-ci maçını keçirir. Milli komandada karyerasını 2010-cu ildə bitirir.Onun millidə sonuncu oyunu 3 mart 2010-cu ildə Macarıstan millisinə qarşı olub.

Məşqçilik karyerası Futbolçu karyerasını Zenitdə bitirdikdən sonra Semak klubu tərk etmir və Luçano Spalettinin məşqçilĕr komandasına qoşulur. İtalyan məşqçi istefaya göndərildikdən sonra o qısa müddət baş məşqçi əvəzləyicisi işləyir, daha sonra yerini Andre Villaş Buaşa təhvil verir və yenidən məşqçi vəzifəsinə keçir. Eyniliklə Mirçe Luçeskunun rəhbərliyində də çalışır.

31 avqust 2014-cü ildə Fabio Kapellonun köməkçilərindən biri kimi Rusiya millisinə gəlir. Semak məşqçi kimi Leonid Slutskinin zamanında işləyir. Stanislav Çerçesovun gəlişindən sonra millini tərk edir.

30 dekabr 2016-cı ildə Ufa Sergey Semakla müqavilə bağlayır. Komanda 2017/2018 mövsümündə çempionatda 6-cı yeri tutaraq Avropa liqasına vəsiqə qazandı. Bu klubun tarixində ən böyük uğur idi. Lakin 29 may 2018-ci ildə baş məşqçi ilə yollar ayrıldı.

Ufadan gedişindən dərhal sonra Zenit sabiq futbolçusunun Sankt-Peterburq təmsilçisinin yeni baş məşqçisi təyin edildiyini açıqladı.Zenitin yeni baş məşqçisi müəyyənləşdi 2018/2019 mövsümündə Semakın rəhbərliyi ilə "göy-ağ-mavilər" 4 il fasilədən sonra çempion oldu.

Şəxsi həyatı Sergey Semak ailənin 5 oğlan övladında biridir. Atası Boqdan Mixayloviç də vaxtilə futbolçu olmuşdur. Anası Valentina Fyodorvnadır. 2 dəfə evli olub, hazırda Anna Semakla evlidir. İlya (birinci həyat yoldaşı Svetlanadan), Semyon, İvan, Savva adlı oğulları, Varvara, İlariya, Maya (Annanın birinci evliliyindənSergey Semak onun üçüncü həyat yoldaşıdır.) adlı qızları var. 2016-cı ildə ailə Tanya adlı fiziki qüsurlu qızı uşaqlığa götürmüşlər.

Uğurları

Futbolçu kimi ÇSKA

frameless|16x16px Rusiya Çempionatı (1) — 2003 frameless|16x16px Rusiya kuboku (1) — 2001/2002 frameless|16x16px Rusiya superkuboku (1) — 2004 frameless|16x16px Rusiya Çempionatı (3) — 1998, 2002, 2004 frameless|16x16px Rusiya Çempionatı (1) — 1999

Ümumi : 3 Rubin

frameless|16x16px Rusiya Çempionatı (2) — 2008, 2009 frameless|16x16px Rusiya superkuboku (1) — 2010

Ümumi : 3 Zenit

frameless|16x16px Rusiya Çempionatı (1) — 2010, 2011/2012 frameless|16x16px Rusiya superkuboku (1) — 2011 frameless|16x16px Rusiya Çempionatı (3) — 2012/2013

Ümumi : 3 Rusiya milli futbol komandası

frameless|16x16px Avropa çempionatı (1) — 2008

Məşqçi kimi Zenit

frameless|16x16px Rusiya Çempionatı (7) — 2018/2019,2019/2020,2020/2021,2021/2022,2022/2023,2023/2024,2025/2026. frameless|16x16px Rusiya superkuboku (6) — 2020,2021,2022,2023,2024,2026.

Ümumi : 1

İstinadlar Kateqoriya:Qriqori Fedetov FK futbolçuları Kateqoriya:Zenit Sankt-Peterburq FK futbolçuları Kateqoriya:ÇSKA Moskva FK futbolçuları Kateqoriya:Rusiya futbol məşqçiləri Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Legioner Rusiya futbolçuları Kateqoriya:Rusiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası məşqçiləri Kateqoriya:Rusiya futbol məşqçiləri Kateqoriya:Rusiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:Rubin Kazan FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri