Albert Aqarunovun heykəli — Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı, Albert Aqarunova 2019-cu ildə Bakı şəhərində qoyulmuş heykəl. Heykəl Albert Aqarunovun 50 illik yubileyinin şərəfinə qoyulub.

Haqqında Heykəlin layihəsi Ömər Eldarovun rəhbərliyi ilə Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimləri Zamik Rzayev və Rahib Qarayev tərəfindən hazırlanıb. Layihənin eskizi Zamik Rzayev və Rahib Qarayev tərəfindən hazırlanıb, Ö.Eldarova təqdim edilib. Mədəniyyət Nazirliyi təsdiq etdikdən sonra 2019-cu ilin aprelindən işlərə başlanılıb. Heykəlin əsas hissəsi tuncdan tökülüb, postamenti isə beton və bürüncdən hazırlanıb. Zamik Rzayev və Rahib Qarayev bu işi təmənnasız görüblər. Heykəl Nərimanov rayonunda Milli Qəhrəmanın adını daşıyan küçədə qoyulub.

Şəkilləri

İstinadlar

Xarici keçidlər Albert Aqarunova heykəl qoyulub/REAL TV Bakıda milli qəhrəman Albert Aqarunovun abidəsi ucaldılır/ Xəzər Xəbər Bakıda Milli Qəhrəman Albert Aqarunova heykəl ucaldılıb/ Report News Agency Milli qəhrəman Albert Aqarunovun heykəli yaradılıb

Kateqoriya:Bakıdakı heykəllər Kateqoriya:Kişi heykəlləri Kateqoriya:2019-cu ilin heykəlləri Kateqoriya:Nərimanov rayonu