Gənc buxarılılar ( və ya ) — 1909-cu ildə ildə Buxarada qurulan gizli cəmiyyət və islahatçı, islamı qərb elmi əsasında modernləşdirməyi məqsəd kimi qəbul edən cədidizm hərəkatının bir hissəsi.Файзулла Ходжаев История революции в Бухаре
Tarixi Öz adlarını Gənc türklərdən təsirlənərək qəbul edən Gənc buxaralılar ideologiyalarını güclü inqilab hissləri ilə qarışdırmışdılar. 1918-ci ilin mart ayında onlar Daşkənd Sovetliyinin yardımı ilə Buxarada hakimiyyəti ələ almağa çalışdılar, lakin sonda Əmir Məhəmməd Alim xan tərəfindən məğlub edilərək Daşkəndə qaçmağa məcbur oldular. onlar Buxaraya birdə 1920-ci ilin may ayında geri dönə bildilər: Qızıl Ordu Buxaranı ələ keçirdi və Gənc Buxaralılar şəhərə geri döndülər. Onlar burada Buxara Xalq Sovet Respublikasının ilk hökumətini təşkil etdilər.
Gənc buxaralıların əksəriyyəti 1923-cü ildə Özbəkistan Kommunist Partiyasına qoşuldular. Onlar ölkədəki hakim mövqelərini Böyük təmizləmə zamanı repressiyaya məruz qalana qədər saxlaya bilmişdilər.
Gənc xivəlilər və Gənc buxaralılar Şərqi Türküstan İslam Cümhuriyyətini yaradanların ilham mənbəyi olmuşdurlar.
Tanınmış üzvləri Əbdürrauf Fitrət Osman Xocaoğlu Əbdülqədir Muxitdinov Feyzullah Xocayev (Özbəkistan Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin Prezidenti — 17 fevral 1925 – 17 iyun 1937)"Lined With Despair" , TIME Magazine, March 14, 1938 Akmal İkramoviç İkramov (Özbəkistan Kommunist Partiyasının ilk baş katibi — dekabr 1929 – 21 sentyabr 1937) Mahmud Behbudi Münəvvər Kari
İstinadlar
Kateqoriya:Özbəkistan inqilabçıları Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:Rusiyada islam Kateqoriya:Buxara Kateqoriya:Siyasi partiyalar