– Yaponiyanın Akita prefekturasının Kosaka qəsəbəsinin Haçimantay rayonunda yerləşən şəlalə. Yoneşiro çayının Kosaka qolu üzərindədir. 1990-cı ildə Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısındadır. Şəlalə 7 kaskada malikdir və 60 metr hündürlükdən tökülür. Şəlaləyə maşınla asanlıqla çatmaq olar. Tohoku avtomagistarlı üzərindəki Kosaka qovşağından 8 kilometr uzaqlıqdadır.

Xarici keçidlər Ətraf Mühit Nazirliyinin saytı

Kateqoriya:Yaponiya şəlalələri Kateqoriya:Akita prefekturasının görməli yerləri Kateqoriya:Akita prefekturası relyefi Kateqoriya:Kosaka