Amukta adası () — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. Siquam adasından şərqdə yerləşir.
Coğrafiya Daxil olduğu adalar qrupunun ən qərbində yerləşən adadır. Adada aktiv olan Amukta vulkanı vardır. Adanın maksimal hündürlüyü 1055 metrdir. Ərazisi əsasən tundra bitkiləri, mamır və şibyə ilə örtülmüşdür. Duman və atmosfer yağıntıları adanın əsas xüsusiyyətlərindən biridir.
Tarixi Ada 1768-ci ildə "M. Pavel" gəmisində rus dənizçiləri tərəfindən kəşf edilmişdir. 1867-ci ildə Alyaskanın satın alınması zamanı Alyaska ilə birlikdə ABŞ-yə satılmışdır.
İstinadlar
Kateqoriya:Alyaska adaları Kateqoriya:Berinq dənizinin yaşayış olmayan adaları Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları