‘’’Azər Zadə ’’’ (bəzən ‘’’Azər Razadə’’’ kimi qeyd olunur) — Azərbaycan opera müğənnisi (tenor), Azərbaycan Respublikasının əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı. O, La Skala Vokal Akademiyasına qəbul olunan ilk azərbaycanlıdır. Müğənni Zaur Rzayevin oğludur.
Həyatı Azər Zaur oğlu Rzazadə (Azər Zadə) 17 iyul 1990-cı ildə Bakı şəhərində, Xalq artisti Zaur Rzayevin ailəsində anadan olub.
İtaliyanın nüfuzlu musiqi təhsil ocaqlarından biri olan La Skala Vokal Akademiyasında təhsil alıb və bu akademiyada təhsil alan ilk azərbaycanlıdır
Fəaliyyəti Azər Zadə bir sıra nüfuzlu beynəlxalq musiqi festivallarında iştirak etmişdir. Bunlar arasında Qəbələ Beynəlxalq Musiqi Festivalı və Xarıbülbül Musiqi Festivalı xüsusi yer tutur. Sənətçi eyni zamanda Fransa, İtaliyaMədəniyyət qəzeti, "Azər-Zade Arena di Verona səhnəsində çıxış edəcək", https://medeniyyet.info.az/page/news/57661/Azer-Zade-Arena-di-Verona-sehnesinde-cixis-edecek.html?lang=az, Yaponiya, Çin, Rusiya, SoçiBaku Art, "Azər Rzazadə I Soçi festivalında çıxış edəcək", https://az.baku-art.com/az/azer-rzazade-i-sochi-festivalinda-x-sh-ed-c-k , və Türkiyədə keçirilən beynəlxalq festivallarda uğurla çıxış etmişdir.
Hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərir və dünya, eləcə də Azərbaycan klassik operalarında aparıcı partiyaları ifa edir.
İfa etdiyi əsas səhnə əsərləri:
(Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı)
Balaş — "Sevil" (Fikrət Əmirov) Nemorino — "Sevgi şərbəti" (Qaetano Donizetti) Radames — "Aida" (Cüzeppe Verdi) Turiddu — "Kənd namusu" (Pyetro Maskanyi) Alfredo — "Traviata" (Cüzeppe Verdi) Luici —"İl tabarro" (Cakomo Puççini) Pinkerton — "Madam Batterflyay" (Cakomo Puççini) Rudolf —"Bohema" (Cakomo Puççini) Don Jose —"Karmen" (Jorj Bize) Azər Rzazadə yaradıcılığı çərçivəsində İtaliya, Fransa, Hollandiya, Xorvatiya, Yunanıstan, Portuqaliya (Lissabon) və İsveçdə konsert proqramları ilə çıxış etmişdir. Onun repertuarı yalnız opera ilə məhdudlaşmır. Dünyaca məşhur Naxos musiqi şirkəti tərəfindən sənətçinin italyan tenor ariyalarından ibarət solo albom hazırlanıb. Azər Zadə opera ifaçılığı ilə yanaşı xalq mahnıları və klassik bəstəkarların əsərlərini də ifa edir. Həmçinin dünyanın aparıcı opera səhnələrində Böyük Teatr (Bolşoy Teatrı)SİA, "Azər-Zade Arena di Verona səhnəsində çıxış edəcək", https://sia.az/az/news/culture/736123.html, Mariinski Teatrı və digər beynəlxalq layihələr çərçivəsində İspaniya, Dubay və Küveytdə operalarında çıxış etmişdir.
Mükafatları 16 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür.
Haqqında 2014-cü ildə İctimai televiziyada istehsal edilmiş Azər Rzazadə. Zirvəyə aparan yol adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
Xarici keçidlər Sevda Ələkbərzadə və Azər Zadə məşhur mahnıya yeni nəfəs verdilər Heydər Əliyevin ad günündə virtual konsert proqramı təqdim olunacaq Yolun açıq olsun, Azər! Əvəz Abdullayev və Azər Rzazadə ilk dəfə gənc vokaçılar üçün ustad dərsi keçirəcək Azər Rzazadə dünya şöhrətli amfiteatrda ifa etdi Xalq artistinin oğlu evlənir
İstinadlar
Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Azərbaycanlı opera müğənniləri Kateqoriya:Bakıda doğulanlar