Dağıstan əməliyyatı, Dağıstan müharibəsi və ya Dağıstanın işğalı. 1999-cu ildə Rusiya Federasiyası tərəfindən Birinci Çeçen-Rus Müharibəsinin qisasını almaq üçün həyata keçirilmiş olan hərbi əməliyyat.
Əvvəli 1991-ci ildə SSRİ ərazisində iğtişaşlar başladı. Müstəqillik istəyən çeçen xalqı silahlanmağa başladı. Bunun nəticəsində Birinci Çeçen-Rus Müharibəsi başladı. Müharibə çeçenlərin qələbəsi ilə nəticələndi. Bu Rusiyanın hakimiyyətinə, uğurlarına və nüfuzuna ciddi bir zərbə endirdi. Bunun qisasını almaq istəyən ruslar əraziyə 17.000 nəfərlik Spetsnaz adlanan xüsusi qrupu hazırladılar.
Hərbi əməliyyatlar Ruslar mütəşəkkil bir şəkildə helikopterlər vasitəsilə yerə endirildilər. Say və təchizat baxımından çox üstün olan ruslar çeçen düşərgələrini bir-bir ələ keçirərək çeçenləri blokadaya alaraq onlara kənardan kömək gəlməsinin qarşısını aldılar. Bundan sonra çeçenlər Dağıstandan geri çəkilmək məcburiyyətində qaldılar. Beləliklə də, İkinci çeçen müharibəsi başladı.
İstinadlar
Kateqoriya:İkinci çeçen müharibəsi Kateqoriya:İstiqlal müharibələri Kateqoriya:Postsovet münaqişələri Kateqoriya:1999-cu ildə Rusiya Kateqoriya:2000-ci ildə Rusiya Kateqoriya:Çeçen münaqişəsi Kateqoriya:İslamizm Kateqoriya:Qafqaz