Qriqoroviç TB-5 () 1930-cu illərin əvvəllərində test edilmiş bir ağır bombardmançı təyyarəsidir. Tupolev ANT-6 (başqa adı TB-3) təyyarəsinə rəqib kimi dizayn edilmişdir. TB-5 təyyarələrinin, iki ədəd 746 kW (1,000 at gücü) gücündə FAD 24-silindrli X motor ilə təchiz edilməsi nəzərdə tutulmuşdu. Ancaq bunların yerinə daha zəif olan güclü mühərriklə təchiz edilmişdir.

İlk uçuşunu 1 may 1931-ci ildə həyata keçirmişdir. İlk uçuşu zəif olan mühərriklərinə görə proqnozları doğrulda bilməmişdir. Bir il sonra isə daha üstün olan TB-3 meydana çıxır, beləliklə də, TB-5 layihəsi başa çatdı.

Texniki xüsusiyyətləri(TB-5) Ümumi xüsusiyyətləri

Uzunluq: 22.1 m (72 ft 6 in) Qanad eni: 31 m (101 ft 8 in) Qanad sahəsi: 150 m² (1614.6 ft²) Boş ağırlığı: 7,483 kg (16,497 lb) Yüklü ağırlıqı: 12,535 kg (27,635 lb) Güc mənbəyi: 4 ədəd Bristol Jupiter V radial motor, 336 kW (450 hp) (Hər biri) Performans

Maksimum sürət: 180 km/saat (97 knots, 112 mph) Xidmət tavanı: 2,600 m (8,530 ft) Qanad yüklənməsi: 84 kq/m² (17 lb/ft²) Güc/Ağırlıq nisbəti: 107 W/kg (0.07 hp/lb) Silahlar

Silahlar: 2 ədəd pilot kabinəsinin önündə, cütləşdirilmiş 2 ədəd 7.62 mm-lik (0.3 in) PV-1 pulemyotu Bombalar: 2,500 kq (5,512 lb) ağırlığında bomba daşımaq qabiliyyəti

Kateqoriya:Hərbi texnika Kateqoriya:Qriqoroviç təyyarələri Kateqoriya:Hərbi təyyarələr Kateqoriya:Rusiya təyyarələri Kateqoriya:Bombardmançılar