Axısqa türklərinin deportasiyası () və ya Mesxeti türklərinin deportasiyası () — Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan bütün Axısqa türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) məcburi şəkildə köçürülməsi. Deportasiya zamanı 212 kənddə yaşayan 92.30794.955 arası Axısqa türkü öz evlərindən məcburi şəkildə çıxarılmışdır. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilmiş və əsasən Özbəkistan SSR-ə göndərilmişdir. Bu əməliyyat çərçivəsində digər etnik qrupların üzvləri də deportasiya edilmişdir. Kürdlər və həmşinlər (müsəlman ermənilər) də daxil olmaqla, əməliyyat zamanı 115.000 nəfərə yaxın şəxs deportasiya edilmişdir. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri 12.00050.000 insanın ölümünə səbəb olmuşdur.
Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və daha 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur. Əməliyyatı yerinə yetirmək üçün 34.000.000 (otuz dört milyon) rubl ayrılmışdı. Bu, 1930-cu illərdən 1950-ci illərə qədər sovet etnik azlıqlarının bir neçə milyon üzvünə təsir göstərmiş SSRİ hökumətinin məcburi yerləşdirmə proqramının və əhali köçürmələrinin bir parçası idi. Deportasiya prosesi tamamlandıqdan sonra SSRİ hökuməti əsasən xristian ermənilərdən təşkil olunmuş 32.000 nəfəri Mesxetiya ərazisinə yerləşdirmişdir.
İosif Stalinin ölümündən sonra SSRİ Nazirlər Sovetinin yeni sədri seçilən Nikita Xruşşov 1956-cı ildə gizli nitq səsləndirmiş, bu nitqdə Stalinin müxtəlif etnik qrupların deportasiya edilmələri haqqında verdiyi qərarları tənqid etmiş, onların çoxunu geri çevirmişdir. Baxmayaraq ki, xüsusi yaşayış məntəqələrindən sərbəst buraxılıblar, Axısqa türkləri, eləcə də Krım tatarları və Volqa almanları yenə də sürgündə qalırlar. Onların sürgün edilməsinin gizli saxlanılması və Sovet İttifaqının daxili siyasətinə görə Axısqa türklərinin deportasiyası olduqca naməlum qalmışdır və elmi araşdırmaların mövzusu olmamışdır. Bu, 1989-cu ildə Özbəkistan SSR-də gerçəkləşən Fərqanə hadisələrindən sonra dəyişmişdir. Müstəqilliyini yenicə qazanmış Gürcüstan Respublikası 1991-ci ildə Axısqa türklərinə Mesxetiyaya geri qayıtmağa icazə verməmişdir. 2006-cı ildə əldə edilmiş statistik məlumatlara əsasən, 260.000335.000 nəfərdən ibarət Axısqa türklərinin əksəriyyəti yeddi Postsovet ölkəsində yaşayır.
Zəmin
left|thumb|Mesxetiyadan bir mənzərə.
Axısqa türkləri, həmçinin Mesxeti türkləri, indiki Gürcüstan Respublikasının cənub ərazilərində yerləşən Mesxetiya regionunda yaşayırdılar. Onların mənşəyi haqqında tarixşünaslar arasında bir konsensus yoxdur. Onlar ya etnik türklərdir, ya da ki Osmanlı hakimiyyəti dövründə islamı qəbul etmiş və türkləşmiş gürcülərdir.
Osmanlı ordusu o zamanlar Mesxeti-Samstxe atabəyliyinin ərazilərinin daxilində olan Mesxetiya regionunu 1578-ci ildə Lələ Mustafa Paşanın Qafqaza yürüşü zamanı fəth edir. Türk tarixşünasları iddia edirlər ki, türk tayfaları regionda XIXII əsrlərdə, Gürcüstan kralı IV Davidin qıpçaq türklərini sərhəd ərazilərini Böyük Səlcuq İmperiyasından qorumaq üçün dəvət etdiyi dövrdə yerləşiblər. Bu ərazi 1829-cu ildə, Rusiya-Osmanlı müharibəsinin bir nəticəsi olaraq, Rusiya imperiyası tərəfindən ilhaq edilir.
Gürcüstan 1918-ci ildə, Birinci Dünya müharibəsinin sona çatmasına çox qalmamış, Rusiyada vətəndaş müharibəsinin ilkin mərhələrində, öz müstəqilliyini bəyan edir. Buna baxmayaraq, Mesxetiyada yaşayan müsəlman icmalar yarım muxtariyyətə sahib bir konfederasiya bəyan etmiş və süqut mərhələsinin son dövrlərində olan Osmanlı imperiyası ilə birləşmə prosesinə start verir. Osmanlı ordusu bu əraziyə daxil olur və beləliklə, regionun xristian və müsəlman əhalisi arasında bir sıra atışmalar yaşanır. 1921-ci ildə Qızıl Ordu Gürcüstanı işğal edir, Qars müqaviləsinin imzalanmasıyla Mesxetiya regionu Türkiyə ilə Sovet Gürcüstanı arasında bölüşdürülür. 1920-ci illərdə İosif Stalin Sovet İttifaqı Nazirlər Sovetinin yeni sədrinə çevrilir. ABŞ akademiki və tarixşünası Ben Kirnan Stalin dövrünü "heç şübhəsiz, sovet və ya hətta Rusiya tarixinin ən qanlı dövrü" olaraq təsvir etmişdir.
1928-ci ildən 1937-ci ilə qədər Axısqa türkləri sovet səlahiyyətliləri tərəfindən gürcü ad və soyadlarını mənimsəməyə məcbur edilirlər. 1926-cı ildə keçirilmiş SSRİ əhalisinin siyahıyalınmasında əldə edilən məlumatlara görə, Gürcüstan SSR-də 137.921 türk yaşayırdı, lakin bu göstəricilərə Gürcüstan azərbaycanlıları da daxil idi. 1939-cu ildə keçirilmiş SSRİ əhalisinin siyahıyalınmasında Axısqa türklərinin çoxu azərbaycanlı olaraq göstərilmişdir.
Deportasiya
thumb|right|250px|Axısqa türklərinin Gürcüstan SSR-də yaşadığı ərazilər. 1926-cı il.
SSRİ Dövlət Müdafiə Komitəsinin 31 iyul 1944-cü il tarixli 6277ss nömrəli sərəncamında yazılır: "… biz Gürcüstanın dövlət sərhədini və SSRİ-nin dövlət sərhədini qorumaq üçün türkləri, kürdləri və həmşinləri sərhəd ərazilərdən başqa yerə köçürtməyə hazırlaşırıq". Qazaxıstan Sovet Sosialist Respublikası Xalq Daxili İşlər Komissarlığı 23 sentyabr 1944-cü il tarixində sovet respublikasının yeni mühacirləri türkləri, kürdləri, həmşinləri; 5.350 kolxoz ailəsi və 750 sovkoz ailəsini qəbul etməyə hazır olduğu barədə SSRİ Xalq Daxili İşlər Komissarlığına məlumat bildirir. Özbəkistan Sovet Sosialist Respublikası məlumat verir ki, sovet respublikası planlaşdırılmış 30.000 nəfər yerinə, 50.000 nəfəri qəbul etməyə hazırdır. NKVD-nin əmriylə sürgün ediləcəkləri köçürmək üçün 239 avtomotrisa hazır vəziyyətdə saxlanılır, xalq isə hərəkətlənməyə başlayır.
Axısqa türkləri 1943-cü və 1944-cü illərdə sovet gizli polisi tərəfindən bütövlükdə deportasiya edilmiş Qafqazda yaşayan altı etnik qrupdan biridir. Onların digər beşi: çeçenlər, inquşlar, balkarlar, qaraçaylılar və kalmıklardır. Onların deportasiya edilməsi prosesi digər etnik qruplara nisbətən az sənədləşdirilmişdir. Tarixşünaslar Axısqa türklərinin sovet Mərkəzi Asiyasına sürgün edilməsinə 1944-cü ilin 14 və ya 15 noyabr tarixində start verildiyinə inanırlar. Əməliyyat 26 noyabr 1944-cü il tarixində sona çatmışdır. Əməliyyatın başlanğıc mərhələsində sovet qoşunları saat səhər 4 radələrində Axısqa türklərinin yaşadıqları evlərə gəlir və onların göndəriləcəkləri yer barədə heç bir şey demir. Əhaliyə daha xəbərdarlıq verilmir. NKVD tərəfindən verilən ilkin xəbərdarlıqda bildirilir: "Siz deportasiya edilirsiniz. Hazırlaşın. Sizə üç gün bəs edəcək ərzaq məhsulları götürün. Hazırlaşmağınıza iki saat vaxt verilir." Axısqa türklərini yaxınlıqlardakı dəmiryol stansiyalarına aparmaq üçün "Studebaker" yük maşınlarından istifadə edilirdi. Deportasiya zamanı 212 kənddə yaşayan 16.700 ailədən 92.307 ilə 94.955 arası Axısqa türkü məcburi şəkildə öz evlərindən başqa yerə köçürülmüşdür. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilir və şərq istiqamətində irəliləyərək Mərkəzi Asiyaya deportasiya edilir. 17 noyabr 1944-cü il tarixində, saat 16.00-da 81.234 nəfər artıq Mərkəzi Asiyaya göndərilmişdi.
Rəsmi sovet sənədlərində göstərilir ki, 92.307 nəfər deportasiya edilmişdir. Deportasiya edilənlərin 18.923-ü kişi, 27.309-u qadın, 45.989-u isə 16 yaşından kiçik uşaqlar idi. Deportasiya edilənlərin 52.163-ü Özbəkistan SSR-ə, 25.598-i Qazaxıstan SSR-ə, 10.546-sı isə Qırğızıstan SSR-ə yerləşdirilir. Deportasiya edilənlərin 84.556-sı kolxozlarda, 6.316-sı sovkozlarda, 1.395-i isə sənaye müəssisələrində işə alınır. Deportasiya edilən axırıncı insan 31 yanvar 1945-ci il tarixində Daşkənd şəhərinə çatır.
Deportasiya edilmiş Axısqa türklərinə ailə başına maksimum cəmi çəkidə olmaqla özlərinə məxsus şey-şüy aparmağa icazə verilir. Bu, deportasiya edilmiş Krım tatarlara qoyulan məhdudiyyətin iki qatı idi. Kürdlər və həmşinlər (müsəlman ermənilər) kimi digər etnik qrupların üzvləri də Axısqa türkləri ilə birlikdə deportasiya edilir. Digər etnik qruplarla birlikdə deportasiya edilənlərin sayı təxminən 115.000 nəfərdir. Sadəcə deportasiya edilməmiş etnik qruplardan olan kişilərlə evlənmiş qadınlar buraxılır. Hər ailəyə iki saat vaxt verilir ki, özlərinə məxsus şey-şüyləri yığsınlar. Hər yük vaqonuna yeddi ailə, hər adi vaqona isə 2025 ailə yerləşdirilir. Qafqazın digər etnik qrupları kimi Axısqa türkləri də bir neçə min kilometr uzaqlığa Mərkəzi Asiyaya köçürülür. Onlar bu vaqonlarda aylarla qalmağa vadar edilirlər.
Əməliyyatı icra etmək vəzifəsi 4.000 NKVD işçisinə tapşırılır. Əvvəlki deportasiyalar kimi bu deportasiyaya da SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya rəhbərlik edir. Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə icra olunur. Stalin əməliyyatı həyata keçirməsi üçün NKVD-yə 34.000.000 rubl ayırır. Bu, 1930-cu illərdən 1950-ci illərə qədər sovet etnik azlıqlarının bir neçə milyon üzvünə təsir göstərmiş SSRİ hökumətinin məcburi yerləşdirmə proqramının və əhali köçürmələrinin bir parçası idi. Sadəcə İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqında 3.332.589 nəfər deportasiya edilir. 1943-cü ildən 1944-cü ilə qədər Qafqaz boyunca təxminən 650.000 insan deportasiya edilir.
Bu, İkinci Dünya müharibəsi zamanı Sovet Sosialist Respublikaları İttifaqı hökuməti tərəfindən gerçəkləşdirilən axırıncı deportasiya idi. Sovet səlahiyyətliləri 1956-cı ilə qədər Axısqa türklərinə hər hansı bir mülki və ya siyasi hüquq verməkdən imtina edirdi. Deportasiyadan sonra əksəriyyəti etnik ermənilərdən təşkil olunmuş 32.000 insan sovet səlahiyyətliləri tərəfindən Mesxetiyaya yerləşdirilir.
Səbəblər
Berlin-Roma-Tokio oxu ilə əməkdaşlıqla təsqirlənən Qafqazın digər beş etnik qrupundan fərqli olaraq, Axısqa türkləri sovet hökuməti tərəfindən rəsmi şəkildə heç bir cinayətin təqsirkarı bilinməmişdir. Onlar heç döyüş meydanına yaxın belə deyildilər. Buna baxmayaraq, onlar da deportasiya edilmişdir. Nasist Almaniya ordusu Mesxetiya regionunun heç 150 kilometr yaxınlığında olmamışdır. Professor Qlin Vilyams belə bir qənaətə gəlmişdir ki, digər Qafqaz etnk qruplarının və Krım tatarlarının deportasiyasıyla üst-üstə düşən Axısqa türklərinin deportasiyası, eləcə də digər deportasiyalar, bu xalqların "universal kütləvi xəyanəti"nin yox, gizli bir sovet siyasətinin parçası idi. Svante Kornel qeyd etmişdir ki, bu, Rusiyanın 1864-cü ildən bəri həyata keçirilən daha geniş bir siyasətinin Qafqazdan olduqca çox müsəlman azlıqları çıxarmaq siyasətinin bir parçası idi.
thumb|250px|1945-ci ildə SSRİ-nin Türkiyəyə olan ərazi iddialarını təsvir edən xəritə.
Lavrenti Beriya 28 noyabr 1944-cü il tarixində İosif Stalinə bir memorandum göndərir. Bu memorandum Beriya Axısqa türklərini "qaçaqmalçılıq" və "təxribət üçün Türkiyə kəşfiyyatı ilə əməkdaşlıq"la günahkar görür. Beriyanın gizli sərəncamı Axısqa türklərini, kürdləri və həmşinləri sərhədyanı ərazilərdə qovulmalı olan "etibarsız əhali" kimi görsətmişdir. Bəzi tarixşünaslar inanırlar ki, bu məcburi köçürülmə prosesi Türkiyənin şimal-qərbi ərazilərini işğal etmək üçün Türkiyəyə meylli qrupları sərhədyanı ərazilərdən çıxarmaq arzunun bir parçası idi. 1945-ci ilin iyul ayında SSRİ Xarici İşlər Xalq Komissarı Vyaçeslav Molotov Türkiyədən Anadolunun üç ilini SSRİ-yə təhvil verməsini tələb edir. Bu vilayətlər Qars, Ərdəhan və Artvin idi. Aleksandr Benniqsen və Mari Broksup nəticəyə gəlirlər ki, Axısqa türklərinin deportasiyası mümkün olan Türkiyənin şərq torpaqları uğrunda SSRİTürkiyə müharibəsi üçün bir ehtiyat tədbiri idi. Bu iddialar və Türkiyə boğazları böhranı böyüyür. 1951-ci ildə Türkiyənin NATO-ya qoşulmasından sonra bu ərazi iddiaları geri çəkilir.