Pomeraniya vilayəti () — Polşanın şimalında yerləşən vilayətdir. İnzibati mərkəzi və ən böyük şəhəri Qdansk şəhəridir. Əhalisi 30 iyun 2015-ci il siyahıyaalmasına əsasən 2,304,722 nəfər təşkil edir.
Tarixi Müasir Pomeraniya vilayəti 1 yanvar 1999-cu ildə inzibati islahat nəticəsində yaradılıb və Qdansk, Elblong şəhərləri ərazisinə daxil edilmişdir.
Coğrafiyası 1 yanvar 2014 ilinə əsasən vilayətin sahəsi 18 310,34 km² olmuşdur.
Məlumata görə, 31 dekabr 2012-ci ildə Pomeraniya vilayətinin 36,3%-ni təşkil edən meşələr 664,4 min hektar ərazini əhatə edirdi. Meşələrin 9,8 min hektarı milli parkların sərhədləri daxilində yerləşirdi.
İnzibati bölgüsü Pomeraniya vilayətinin sərhədlərinə 16 qraflıq daxildir.
№Gerbİlçəİnzibati mərkəzSahəsi(km²)Əhalisi(2015)128x28pxBitov qraflığıBitov2192,8178 670227x27pxVeyxerov qraflığıVeyxerevo1279,84208 572329x29pxQdansk qraflığıPrus-Qdansk793,17108 485428x28pxKartuz qraflığıKartuz1120,04128 062528x28pxKvidzın qraflığıKvidzın834,6483 509627x27pxKoşçezina qraflığıKoşçezina1165,8571 537729x29pxLembork qraflığıLembork706,9966 191828x28pxMalbork qraflığıMalbork494,6364 208932x32pxNovodvur qraflığıNovo-Dvur-Qdansk652,7536 2301027x27pxPuçk qraflığıPuçk577,8582 7551128x28pxSlupsk qraflığıSlupsk793,1797 7481232x32pxStaroqard qraflığıStaroqard-Qdansk1345,28127 2921328x28pxTçev qraflığıTçev697,54115 9841431x31pxXoyniçe qraflığıXoyniçe1364,2596 3511531x31pxÇluxov qraflığıÇluxov1574,4156 9661630x30pxŞtum qraflığıŞtum730,8542 366
İnzibati bölgünün tarixçəsi Vilayət ərazisinin böyük bir hissəsi Şərq Pomoriyasının ərazisində yerləşmişdi. Bundan başqa, onun şimal-qərb hissəsi Qərb Pomoriyasına, şərq hissəsi isə Prussiyaya aid olmuşdur.
Əhalisi 2015-ci il siyahıyaalmalarına əsasən vilayətin əhalisi 2,304,722 nəfər təşkil etmişdir. Ən çox əhaliyə malik qraflıq isə Beyxerov qraflığı olmuşdur.
Nəqliyyat thumb|151x151px|Vilayətdə istifadə olunan qatarlardan biri 2016-cı ildə vilayətdə dəmir yolunun xidmətlərindən istifadə edən 53,7 milyon sərnişin qeydə alınmışdır. Onların 94%-i regional və aqlomerasiya münasibətlərində gedir. Vilayətin hər sakini il ərzində vilayət daxilində 23,3, ölkə miqyasında isə orta hesabla 7,6 km səfər edib.
Pomeraniya vilayəti hal-hazırda Marşal şirkətindən alınmış 25 dartma elektrik qovşağının və 27 relsli avtobusun sahibidir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1999-cu ildə yaranmış dövlətlər və ərazilər