300px|thumb|right|Keçəl tonqalın ətrafında. Novruz bayramı 300px|thumb|right|Osmanlı Sultanı II Bəyazidin elçiləri Şah İsmayıl Xətainin qəbulunda (1504). Toğrul Nərimanbəyovun rəsmi. Azərbaycan Tarix Muzeyində saxlanılır.
Azərbaycan mədəniyyəti () — azərbaycanlıların, Azərbaycan etnik qruplarının və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. XI–XIII əsrlərdə Səlcuqlar və Hülakülər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir. Azərbaycan ədəbi dili XIII əsrdə formalaşmağa başlamış, XIV–XV əsrlərdə isə yazılı Azərbaycan ədəbiyyatı ortaya çıxmışdır. XVI əsrdə Azərbaycan türkləri tərəfindən qurulan Səfəvilər imperiyasında Azərbaycan dili dövlət dili olaraq istifadə edilirdi.
Əsrlər boyunca Azərbaycan dili bütün Persiya, Qafqaz və cənub-şərqi Dağıstanda linqva franka kimi ticarətdə və etnik qruplar arası qarşılıqlı münasibətlərdə istifadə edilib. İranda uzun müddət azərbaycandilli sülalələrin hakimiyyətdə olması fars dilinə idarəçilik, titul adları və hərbi terminologiyada bir çox azərbaycanizmlərin daxil olmasına gətirib çıxarmışdır. Azərbaycan ədəbiyyatının geniş inkişaf etdiyi Səfəvi dövründə Azərbaycan dastanları Osmanlı, Çağatay və fars ədəbiyyatlarına nüfuz etmiş, XVIII əsrdə erməni və gürcü aşıqları Azərbaycan aşıq sənəti nümunələrini öz əlifbaları ilə qeydə almışdır. Orta əsrlərdə formalaşmış Azərbaycan xalçaları Asiya və Avropada məşhurlaşmış, Azərbaycan xalçaçılarının ideya və bacarıqları bütün Qafqazda hiss edilmişdir.
XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar. XIX əsrin sonu-XX əsrin əvvəlləri Azərbaycanda milli oyanış — mədəni Renessans dövrü (maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı) baş vermişdir. Bu dövrün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular.Rice, Kelsey, "Forging The Progressive Path: Literary Assemblies And Enlightenment Societies In Azerbaijan, 1850–1928" (2018). Publicly Accessible Penn Dissertations. 2913. page 2. Azərbaycan əlifba islahatı isə Türk yazı inqilabına başçılıq etmiş, bütün Türk dünyasına birbaşa təsir etmişdir.Lummus, Wesley. (2021). One Nation, Two Languages: Latinization and Language Reform in Turkey and Azerbaijan, 1905–1938. Retrieved from the University of Minnesota Digital Conservancy, https://hdl.handle.net/11299/223150 . page 16. Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetin və baletin əsasının qoyulduğu ilk ölkədir. Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir.
Azərbaycanlıların tarixi topluluğu cənubda Qızılüzən çayından şimalda Böyük Qafqaz dağlarına, şərqdə Xəzərdən qərbdə Gürcüstan və Ermənistana qədər olan ərazidə ortaya çıxmışdır. İranda Azərbaycan dili az qala Qəzvinə qədər danışılır, Gəlucah isə Azərbaycan linqvistik ərazisinin ən şərq nöqtəsi sayılır. XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşmışdır: Cənubi Azərbaycan və Aşağı Qarabağ. Azərbaycan mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri 2021-ci ildən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.
Azərbaycanlılar Qafqaz, türk "If native Caucasian, Iranian, and Turkic populations – among others – dominated Azerbaijan from the fourth century CE onwards, the Turkic element would grow increasingly dominant in linguistic terms,5 while the Persian element retained strong cultural and religious influence." "Following the Seljuk great power period, the Turkic element in Azerbaijan was further strengthened by migrations during the Mongol onslaught of the thirteenth century and the subsequent domination by the Turkmen Qaraqoyunlu and Aq-qoyunlu dynasties." və İran elementləri daşıyan irsə malikdirlər.Roy, Olivier (2007). The new Central Asia. I. B. Tauris. p. 6. ISBN 978-1-84511-552-4. "The latter were to keep the name 'Turkmen' for a long time: from the 13th century onwards they 'Turkised' the Iranian populations of Azerbaijan (who spoke west Iranian languages such as Tat, which is still found in residual forms), thus creating a new identity based on Shiism and the use of Turkish. These are the people today known as Azeris."Frye, R. N. "IRAN v. PEOPLES OF IRAN (1) A General Survey". Encyclopædia Iranica. XIII. pp. 321–326, "The Turkish speakers of Azerbaijan (q.v.) are mainly descended from the earlier Iranian speakers, several pockets of whom still exist in the region." Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf etmiş, bu dinin təsiri Azərbaycan mədəniyyətinin mayasına hopmuş, digər mədəni elementlərlə birləşmişdir.Najafizadeh, Mehrangiz. "GENDER AND IDEOLOGY: SOCIAL CHANGE AND ISLAM IN POST-SOVIET AZERBAIJAN." Journal of Third World Studies, vol. 29, no. 1, 2012, pp. 81–101. JSTOR, http://www.jstor.org/stable/45194854 . Accessed 4 Mar. 2023. Azərbaycanın maddi mədəniyyəti əsrlər boyunca davam edən simbiozun, yerli elementlərin və köçərilərin töhfələrinin incə birləşməsinin nəticəsidir. Cənubi Qafqazın üç imperiya tərəfindən əhatə edilməsi nəticəsində fars, türk, rus, sovet, şiə və sünni elementləri azərbaycanlılar tərəfindən öz ailə tarixlərində, ayinlərində, dillərində və yazılarında uyğunsuzluq və ya ziddiyyət hissi olmadan yan-yana qorunmuşdur.Yolaçan, S. (2019). Azeri networks through thick and thin: West Asian politics from a diasporic eye. Journal of Eurasian Studies, 10(1), 36–47. https://doi.org/10.1177/1879366518814936 XIX əsrin sonu—XX əsrin əvvəlləri milli oyanış dövründə Qərb dəyərləri və təşkilatları Azərbaycanda tətbiq edilmiş, 2001-ci ildən Azərbaycan Avropa Şurasının üzvü olmuşdur.
Azərbaycanda UNESCO tərəfindən qeydə alınmış 5 Ümumdünya irsi, 24 qeyri-maddi mədəni irs, 2 əlyazma toplusu, 3 yaradıcı şəhər var. Dağlıq Qarabağ münaqişəsinə görə torpaqlarını tərk etmiş Qarabağ və Şərqi Zəngəzur azərbaycanlılarının repatriasiyası üçün "Böyük Qayıdış" layihəsi davam etdirilir, ərazidə ziyan görmüş Azərbaycan mədəniyyət abidələri bərpa edilir.
Mədəniyyətin inkişaf tarixi
"Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Atropatenanın banisi Midiya satrapı Atropatın adı "atəş mühafizəçisi" deməkdir. Azərbaycan tarixi ərazisi birinci olaraq Arazdan cənubdakı ərazilər üçün, indiki İran Azərbaycanı üçün istifadə edilsə də, XIII əsrin əvvəllərində Yaqut əl-Həməvi tərəfindən verilən məlumat bu dövrdən bir qayda olaraq Azərbaycan anlayışının şimala qədər yayıldığını göstərir. Müasir Azərbaycan Respublikasının Muğan ərazisi də tarixi Azərbaycana daxil idi.MOḠĀN — статья из Encyclopædia Iranica. Ричард Таппер Səfəvilər dövründə paytaxtı Təbriz olan Azərbaycan bəylərbəyliyinə Şimal Azərbaycanın Talış və Arazbar bölgələri daxil idi.Тәбриз бәјләрбәјлији / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии, 1986. — Т. IX. — С. 231–232. İranika ensiklopediyasına görə Səfəvilər dövründə Azərbaycan termini Arazdan şimaldakı bəzi ərazilər üçün istifadə edilib, hansı ki, idarəçilik baxımından Azərbaycan bəylərbəyiliyinin canişininə tabe idi.A History of Qarabagh: An Annotated Translation of Mirza Jamal Javanshir Qarabaghi’s Tarikh-e Qarabagh. Mazda Publishers, 1994, ISBN 1-56859-011-3 p. XV: Səfəvilər dövründə Azərbaycan termini həm şimaldakı, həm cənubdakı Azərbaycan vilayətləri üçün istifadə edilirdi.Muriel Atkin, Russia and Iran, 1780–1828. 2nd. ed. Minneapolis: University of Minnesota Press. 1980. ISBN 0-8166-0924-1, 9780816609246. "Azərbaycan" adı ilk dəfə Zaqafqaziya seyminin müsəlman fraksiyası tərəfindən 27 may 1918-ci ildə rəsmi olaraq istifadə edilmişdir. Fraksiya öz iclasında Azərbaycanın müstəqilliyini elan edilməsi barədə qərar qəbul etdi.
Azərbaycanlıların tarixi topluluğu cənubda Qızılüzən çayından şimalda Böyük Qafqaz dağlarına, şərqdə Xəzərdən qərbdən Gürcüstan və Ermənistana qədər olan ərazidə ortaya çıxmışdır.История Азербайджана. — Баку: Изд-во АН Азербайджанской ССР, 1960. — Т. 2. — С. 272. Azərbaycanlıların etnogenezində Qafqaz Albaniyası və Atropatena əhalisi (kaspilər, qafqaz albanları, udinlər, midiyalılarС. А. Токарев. Этнография народов СССР: исторические основы быта и культуры. — Изд-во Московского университета, 1958. — С. 295–296., talışlarСакинат Шихамедовна Гаджиева. Дагестанские терекеменцы: XIX — начало XX в. — Наука, 1990. — С. 8–9. — ISBN 5020167614, 9785020167612.) ilə bu ərazilərə gələn işğalçılar (kimmerlər, skiflər, massagetlər, hunlar, xəzərlər, bulqarlar, oğuz türkləri, qıpçaqlar, peçeneqlər) iştirak etmişdir.Азербайджанцы — статья из Большой советской энциклопедии. : В этногенезе А. участвовало древнее коренное население Атропатены и Албании Кавказской, смешавшееся с вторгавшимися сюда в 1-м тыс. до н. э. и 1-м тыс. н. э. ирано- и тюркоязычными племенами (киммерийцы, скифы, гунны, булгары, хазары, огузы, печенеги и др.) Etnogenezdə dominant rolu türklər oynamışdır. Türk komponenti olan oğuz türkləri isə qədim türklərin uqor və sarmat mənşəli tayfalarla qarışması nəticəsində yaranmışdır.Михаил Илларионович Артамонов. История хазар. — Филологический факультет Санкт-Петербургского государственного университета, 2002. — С. 419. — ISBN 5846500323, 9785846500327. XI–XIII əsrlərdə Şərqi Zaqafqaziyaya türk oğuz tayfasının gəlişi Azərbaycan xalqının formalaşmasının başlanğıcı idi. Field Listing :: Ethnic groups (англ.). The World Factbook. ЦРУ. Проверено 23 мая 2012. Türkləşmə üçün münbit şəraitə səbəb bölgədə böyük etnik müxtəlifliyin olması idi.А. П. Новосельцев, В. Т. Пашуто, Л. В. Черепнин. Пути развития феодализма. — Наука, 1972. — С. 56–57. Monqollar dövründə türk tayfalarının köçü davam etmişdir.Golden, Peter B. (1992). An Introduction to the History of the Turkic Peoples. Otto Harrasowitz. pp. 385–386. ISBN 3-447-03274-X.Yarshater, E (18 August 2011). "The Iranian Language of Azerbaijan". Encyclopædia Iranica. Retrieved 25 January 2012. İdarə etdikləri ərazilərə Qubadan cənubdakı azərbaycanlıların torpaqları da daxil olan, İran Azərbaycanında məskunlaşmış Qaraqoyunlu və Ağqoyunlu tayfaları azərbaycanlıların etnogenezində iz qoymuşdur. XV əsrin sonlarında Azərbaycan əhalisinin türkləşməsi başa çatdı və müstəqil Azərbaycan türk xalqı ortaya çıxdı. Anadolu türkləri və Azərbaycan türkləri arasında etnik sərhəd isə XVI əsrdə yarandı. XVI–XVII əsrlərdə bölgəyə padar və şahsevənlərin gəlməsi ilə türk axınları davam etmişdir.Н. Г. Волкова. "Этнические процессы в Закавказье в XIX–XX веках", Кавказский Этнографический сборник, IV часть, Институт Этнографии им. Н. Н. Миклухо-Маклая АН СССР, Москва, Наука, 1969, стр. 4
Şnirelmana görə, antik və erkən orta əsrlərdə Albaniya və Atropatena əhalisi arasında mədəni, sosial və liqvistik cəhətdən oxşarlıq yoxdur.Шнирельман В. А. Войны памяти: мифы, идентичность и политика в Закавказье / Рецензент: Л. Б. Алаев. — М.: Академкнига, 2003. — С. 139. — 592 с. — 2000 экз. — ISBN 5-94628-118-6. Qrantovski eramızdan əvvəl I minilliyə aid İran Azərbaycanı abidələrini Şərqi Zaqafqaziya mədəniyyəti ilə əlaqələndirir.Э. А. Грантовский. Ранняя история иранских племён Передней Азии. — Восточная Литература, 2007. — С. 423–424. Trever isə eramızdan əvvəl VI–V əsrlərə aid arxeoloji tapıntılara əsasən qafqaz albanları və midiyalılar arasında mədəni yaxınlığın olduğunu qeyd edir.
Tarixdən əvvəlki dövr